SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
iyun22
Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı 22 İyun 2014 | 05:03
A
A
print
Baxılıb: 951

Böyük Britaniya yenə Avropa İttifaqında yaxasını kənara çəkib. Səbəb baş nazir Devid Kemeronun Avropa Komissiyası prezidentliyinə lüksemburqlu Jan-Klod Yunkerin namizədliyini dəstəkləməməsidir. Bir federalist və köhnə avropalı kimi Yunker Britaniya hökumətinin Avropa planlarına daxil deyil. Hakimiyyətdə olan mühafizəkarlar Avropa İttifaqına verilmiş səlahiyyətlərin getdikcə artmasından narahatdırlar və bunun dəyişdirilməsini tələb edirlər. Onlar həm də, 2017-ci ildə Britaniyanın Aİ-də qalıb qalmaması ilə bağlı referendum keçirməyi də planlaşdırırlar. Yunker isə Britaniyanın istədiyi “daha az Avropa” yolunda islahatlar keçirmək niyyətində deyil (Ümumiyyətlə, seçilərsə Yunkerin belə bir səlahiyyəti olacaqmı?).

Yunkerin namizədliyinə qarşı çıxmaqla Kemeron bir neçə əsas məqamı hədəf alır. İlkin olaraq o, özünü britaniyalıları “Avropa təhlükəsindən” qoruyan lider kimi təqdim etməyə çalışır. Bundan əlavə, Britaniyanın daha artıq anti-Avropa partiyası olan UKİP-in tərəfdarlarını özünə tərəf çəkməyə can atır. Xatırladaq ki, UKİP son Avropa seçkilərindən qalib ayrılmışdı. Nəhayət, çox sadə səbəb, Yunker Kemeronla eyni siyasi cərəyandan deyil.

Almaniya isə, kansler Merkelin simasında əvvəlcə Yunkeri dəstəkləməsə də, sonunda fikrindən daşınmalı və Avropa seçkilərində qalib gəlmiş Xalq Partiyasının namizədi Yunkeri dəstəkləməli oldu. Bununla belə, Merkel Kemeronu öz ambisiyaları ilə baş-başa buraxmaq fikrində deyil. Böyük Yeddiliyin Brüsseldə keçirilən son görüşü zamanı kansler britaniyalıların narahatlığını ciddiyə aldığını söyləmişdi : “Bəzilərinin Britaniyanın Aİ-də qalıb qalmaması məsələsinə biganə yanaşmasını böyük məsuliyyətsizlik və qəbulolunmaz kimi qiymətləndirirəm”, deyə o, bildirmişdi.

Böyük Britaniyanın Aİ-də qalması Almaniyanın maraqlarına cavab verir. Əvvəla ona görə ki, Berlinlə Londonun Avropadakı iqtisadi baxışları eynidir. Buraya vahid böyük bazar və büdcə intizamı daxildir. Böyük Britaniya Almaniyanın beşinci ticarət partnyorudur, Britaniyadakı birbaşa və dolayı alman investisiyalarının həcmi 100 milyard avro ətrafındadır.

Digər səbəb isə daha çox siyasi xarakter daşıyır. Britaniyanın Avropada qalması Almaniyaya bir tərəfdən Fransa, digər tərəfdən isə Polşa ilə münasibətlərdə tarazlıq yaratmağa kömək edir.

Bütün bunlarla yanaşı, Kemeronla Merkelin dost olduğunu iddia etmək olmur. Əvvəlcə, Kemeronun mühafizəkarları Merkelin xristian-demokratları ilə yollarını ayırdılar (2009 seçkilərindən sonra Mühafizəkarlar Avropanın sağ-mərkəzçilərini birləşdirən Avropa Xalq Partiyasından çıxdılar), daha sonra Merkel Kemeronun təklif etdiyi Avropa islahatlarına “yox” dedi, indi də bu Yunker əhvalatı. Bu ilin 9 iyununda Kemeronla İsveçdə görüşən Merkel ona təhdidlərlə danışmamağı məsləhət görmüşdü.    

Beləliklə, Britaniyanın Avropa İttifaqında qalması Almaniyaya nə qədər sərf etsə də, göründüyü kimi, Merkel Kemerona heç nədə güzəştə getmir. Jan-Klod Yunkerin Avropa Komissiyasının prezidenti seçilməsi Avropa quruculuğunda Britaniya mühafizəkarlarının siyasi xəttinin əksinə getmək deməkdir. Britaniya referendum hazırlıqlarına başlaya bilər.  

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes