SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
sentyabr12
NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda 12 Sentyabr 2014 | 07:02
A
A
print
Baxılıb: 1165

Rusiyanın Ukraynaya təcavüzünün əsas səbəblərindən biri, şübhəsiz ki, bu ölkənin NATO ilə yaxınlaşmasının qarşısını almaqdır. Paradoksal olaraq, Rusiyanın bu müdaxiləsi əks effekt verərək, Ukraynanı NATO-ya daha da yaxınlaşdırıb.

2008-ci ildə, NATO Buxarest sammitinin ardınca Kiyev və Tiflisə namizədlik statusu verməkdən imtina etdiyi vaxt Ukraynada alyansa daxil olmağı arzulayanların sayı əhalinin 30 faizindən çox deyildi. Bu gün NATO-ya üzvlük məsələsi Ukraynada ən çox müzakirə olunan məsələlərdəndir. Vətəndaş cəmiyyəti namizədlik statusuna dəstək aksiyaları ilə zəngindir. Bu ilin iyul ayında keçirilmiş rəy sorğusuna görə, ukraynalılar arasında NATO üzvlüyünün tərəfdarları 44 faizə çatıb. Bu tendensiyanı gücləndirən digər səbəb isə odur ki, sabiq prezident Yanukoviçin NATO üzvlüyündən imtina etməsi və Sevastopoldakı rus hərbi bazalarının 25 il müddətinə uzadılması Ukraynanı Rusiya təcavüzündən qorumadı. Artıq baş nazir Yatsenyuk parlamenti NATO-ya üzvlüklə bağlı hazırlıqlar görməyə dəvət edib.

Qərbdə NATO-Rusiya qarşıdurmasının Soyuq Müharibə dövründə qaldığını hesab edirlər. Soyuq müharibənin bitməsi ilə NATO Rusiyanı öz potensial təhlükə siyahısından da silib. Alyansın mənzil-qərargahında Rusiyanın daimi nümayəndəsi də oturur. Bunun əksinə olaraq, Rusiyada hələ də NATO-nu potensial təhlükə kimi görürlər. Rusiya öz hərbi doktrinasında NATO-nu təhlükəsizliyinə təhdid kimi göstərir. Bu göstərici 2008-ci ildə hətta əsas təhlükə səviyyəsinə qədər qalxıb.

Odur ki, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə israrlı şəkildə mane olmağa çalışan da məhz Rusiyadır. Hərçənd, bu ölkələrin NATO meylləri də Rusiyadan qorunmaq üçün idi. Ukraynanın son həftələrdəki NATO meyllərinə Rusiyanın rəsmi reaksiyası da sərt olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu təşəbbüsün Ukraynadakı sülh dialoquna ziyan vura biləcəyi ilə bağlı da xəbərdarlıq edib.

Bununla belə, son hadisələrin ardınca Qərb Rusiyanı özünə təhlükə saydığını açıq-aydın deməkdən çəkinmir. Sanksiyalar bir kənara, ümumi ritorikada Rusiya artıq tərəfdaş kimi qələmə verilmir. Obama bildirib ki, “Rusiya tərəfindən silahlandırılan və maliyyələşdirilən” separatçılar ilə mübarizədə Ukrayna ordusuna kömək etmək NATO-nun borcudur. Halbuki, bu ilədək ABŞ və NATO Rusiyanı anti-terror siyasətində tərəfdaş kimi qələmə verməkdən usanmırdı.

Ukraynada yoxdan müharibənin yaranmasında NATO-nu günahlandıranlar da çoxdur. Bu fikrin arxasında duran mülahizə odur ki, alyans 2008-ci ildə Ukraynanın namizədliyinə “yox” deməsəydi, vəziyyət bu həddə çatmazdı. Artıq NATO üzvləri də 2008-ci il qərarını və onun güman olunan acı nəticələrini təkrarlamaqdan ehtiyat edirlər.

Yalçın Məmmədov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
18/11 19:59Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes