SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
oktyabr29
Avromaydanın seçki qələbəsi 29 Oktyabr 2014 | 17:58
A
A
print
Baxılıb: 1062

Ukraynada oktyabrın 26-da keçirilən parlament seçkiləri bir ilə yaxındır başlamış dəyişiklik və ənənəvi idarəçilik sistemindən qopma yolunda həlledici məqam oldu.

Ukrayna müstəqilliyindən bəri ilk dəfədir ki, Ali Radada Qərb yönümlü deputatlar çoxluq təşkil edəcək. Bir kameralı Ali Rada Ukraynanın əsas qanunverici orqanıdır və 450 deputat yerindən ibarətdir. Seçkilərin nəticələri deputatların əlli faizindən çoxunun Qərb yönümlü olacağını vəd edir.

Ukraynada proporsional sistemlə yanaşı majoritar seçki sistemi də tətbiq olunur. Beləliklə, deputatların yarısı (225) seçki dairələrindən, digər yarısı isə partiya siyahılarından seçildi.

Bu, köhnə qvardiyadan olan oliqarxların yenidən parlamentə qayıtmasına imkan verdi. Bununla belə, ilk dəfə deputat kürsüsündə gənc fəallar da oturacaq. Ən əsas məqamlardan biri də odur ki, kommunistlər ilk dəfə olaraq Ukrayna parlamentinə girə bilmədilər.  

29 partiyanın iştirak etdiyi seçkilərdə əsas qələbəni prezident Poroşenkonun seçki bloku və baş nazir Yatsenyukun partiyası qazanıblar. Bunun üzərinə Özünəkömək (Samopomiç) partiyasının yerlərini də gəlsək yeni heyət islahatların keçirilməsini asanlaşdıracaq. Ukrayna hakimiyyəti ağır islahatlar keçirmək öhdəliyi götürdüyü üçün parlament daxilində geniş konsensusa çox ehtiyac var. 

Parlament müxalifətinə gəlincə, burada əsas söz sahibi yuxarıda adı çəkilən Özünəkömək (Samopomiç) partiyası və Yuliya Timoşenkonun Ata Yurdu (“Batkivşina”) partiyalarıdır. Özünəkömək partiyası Qərbi Ukraynada və Kiyevdə çox populyardır və Ukraynanın Rusiayadan ayrı siyasi kimliyinin formalaşmasına töhfə verəcək hər bir təşəbbüsə "hə" deyəcək. O ki, qaldı sabiq baş nazir Timoşenkonun Ata Yurdu partiyasına, bu qurumun deputatları da Maydan hərəkatının ideyalarına sadiq olduqlarını nümayiş etdiriblər. 

Buna baxmayaraq, Yuliya Timoşenkonun keçmişdə korrupsiya ilə bağlı qalmaqalı, Ukraynanın enerji təhlükəsizliyinin müdafiəsi üçün effektiv işlər görməməsi və bu və ya digər formada “köhnə simalar”a aid edilməsi onun siyasi çəkisini yerlə yeksan edib. Məhz bu səbəbdən, Timoşenkonun həbsdə olduğu dövrdə “Ata Yurdu” partiyasına rəhbərlik edən Arseniy Yatsenyuk partiya sıralarını tərk edərək yeni “Xalq Cəbhəsi” partiyasını qurdu. Partiyanın seçkilərdəki uğurunu Yatsenyukun post-maydan dönəmində baş nazir qismində fəaliyyəti ilə yanaşı, həm də Timoşenkodan ayrılmaq qərarı ilə də əlaqələndirmək olar.

Parlamentə radikal sağçıların düşə bilməməsi Rusiyanın yeni hərəkata süni şəkildə vurmaq istədiyi "neo-faşist" damğasını ifşa etdi. İfrat milliyətçi Sağ Sektor tələb olunan 5%-lik səddi keçə bilmədi və parlamentdən kənarda qaldı. Bununla belə, milliyətçi Svoboda və Radikal partiyaları cüzi təmsilçiliklə yeni assambleyada yer qazanmağa nail oldular. Sağ sektor və Svoboda partiyası əksər səslərini Ukrayna xaricində yaşayanlardan yığıb.

Bu parlament seçkiləri Ukrayna hakimiyyətinin zor gücünə dəyişdirilməsini legitim çərçivəyə saldı. Legitimləşmə prossesi hakimiyyətin müvəqqəti olaraq parlamentə verilməsi ilə başlamış yeni prezidentin seçilməsi ilə davam etmişdi. Son seçkilər isə bu prossesin məntiqi sonluğu oldu.

Donbass regionunun bir hissəsində və işğal olunmuş Krım yarımadasında seçkilərin keçirilməsinin mümkün olmaması seçkilərin legitimliyini şübhə altına almır. Həmin regiondan seçilməli olan 27 deputatın yeri boş olaraq qalır. 

Nəhayət, bu seçkilər Ukraynanı Rusiyadan bir addım daha uzaqlaşdırdı. Bundan əlavə, azad və ədalətli seçki keçirməklə Ukrayna Rusiya ilə çəkişmədə aktivinə daha bir xal yazdı. 

Musa Pünhan

Yalçın Məmmədov

 

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Müəllifin profili
DİGƏR YAZILARI
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes