SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Bloq
noyabr18
Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun? 18 Noyabr 2014 | 19:59
A
A
print
Baxılıb: 1780

Rusiyanın Krımı anneksiya etməsindən sonra Paris Rusiya silahlı qüvvələri üçün tikdiyi iki “Mistral” tipli hərbi gəmini sifarişçiyə çatdırmaqdan imtina edir. Rəsmi ritorikada bu, “Rusiyanın ədalətli mövqeyə qayıtmasına qədər gəmilərin çatdırılmasının təxirə salınması”dır. Moskva isə daha gözləmək istəmir. Ötən həftə Kremlin Parisə noyabrın sonunadək vaxt qoyduğu, gəmilərin çatdırılmayacağı halda beynəlxalq arbitraja müraciət edəcəyi ilə hədələdiyi xəbəri yayıldı. Fransa bir tərəfdən müqavilə öhdəlikləri, digər tərəfdən də qərbli müttəfiqlərinin tələbləri arasında çıxılmaz vəziyyətdə qalıb. Söhbət 1.6 milyard dollarlıq sifarişdən, 1000 iş yerindən və beynəlxalq etibardan gedir.

Odur ki, Paris Rusiya variantına alternativlər axtarmaqdadır. Hazırda ən ağlabatan versiya Kanada versiyasıdır. Fransa prezidenti Fransua Olland noyabrın əvvəlində Kanadaya səfər edərkən gəmiləri istehsal edən, hərbi dəniz sənayesi nəhəngi DCNS-in nümayəndəsini də özü ilə aparmışdı. Bu məsələ kanadalıların gəmiləri almaqda maraqlı olduğu ilə bağlı söhbətlərə yol açdı. Kanadanın hərbi dəniz qüvvələrini müasirləşdirməkdə olduğu faktı məsələni inandırıcı edən məqamlardandır. Ordusunu daha çox ABŞ müdafiə sənayesi ilə təchiz edən Kanada təchizatın diversifikasiyasında da maraqlıdır. Qeyd edək ki, iki gəmidən biri - “Vladivostok” buzlu sularda manevr etmək qabiliyyətindədir ki, bu da Kandanın coğrafi şəraitinə uyğun tələblərinə cavab verir.

Rusiyaya çatdırılmayacaq gəmilərin üçüncü ölkəyə satılması göründüyü qədər asan olmaya bilər. Yuxarıda adı çəkilən “Vladivostok” gəmisinin bəzi hissələri Rusiya müdafiə sənayesi tərəfindən hazırlanıb və gəminin satışı zamanı Moskvanın razılığı tələb oluna bilər.

Gəmilərin alınması məsələsi hələ may ayında sabiq senator Hyu Seqal (Hugh Segal) tərəfindən irəli sürülmüşdü. Baş nazir Stefen Harper (Stephen Harper) bu sövdələşməyə müsbət yanaşdığını bildirib. Bunun həyata keçməsində Kanada ukraynalıları konqresi baş nazirə təzyiq göstərmək iqtidarındadır. 2015-ci ilin Kanadada seçki ili olduğunu nəzərə alsaq, bunun nə dərəcədə real olduğunu da görə bilərik. Bundan əlavə, son seçkilərdə ABŞ Senatında üstünlüyə yiyələnmiş respublikaçıların da Kanadaya təzyiq göstərəcəyi güman olunur.

Hələlik isə Rusiyanın Fransaya verdiyi vaxtın bitməsi ilə nələrin baş verəcəyini gözləmək qalır. 

Yalçın Məmmədov

ŞƏRHLƏR
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Yalçın Məmmədov PhD, Université Libre de Bruxelles Müəllifin profili
DİGƏR YAZILARI
12/11 16:28Rusiyaya qarşı sanksiyalar nə qədər effektivdir ?12/09 07:02NATO sammitinə sözardı : Ukrayna üzvlük yolunda22/06 05:03Merkel və Kemeron : nə bir yerdə, nə də ayrı29/05 20:37Avropa seçkilərinə sözardı07/05 14:57Üzrü günahından betər Rusiya15/03 11:25Ukrayna böhranı beynəlxalq nizamı necə poza bilər?03/02 15:38Avropa İttifaqının yeni sınağı: separatçılıq18/12 19:46Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti: növbəti təkan
DİGƏR BLOQQERLƏR
Yalçın MəmmədovPhD, Université Libre de Bruxelles
Faiq AbbasovPhD, University of Sheffield
Elvin QüdrətovPhD, Université de Lorraine
Orxan SəttarovPhD, Freie Universität Berlin
Mohamed SamehAralıq dənizi və Avropa Qonşuluğu institutunun və Brüsseldəki Avro-Ərəb forumunun tətqiqatçısı
Tərlan MəsmalıUniversität des Saarlandes