SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
03 Yanvar 2014 | 09:53
Avropa Mədəniyyət Paytaxtlarında son hazırlıqlar gedir
Photo: Famagusta Gazette
A
A
print
Baxılıb: 563

euractiv.com xəbər portalının verdiyi məlumata görə, Latviyanın paytaxtı Riqa və İsveçin Umea şəhərləri 2014-cü il üçün Avropa Mədəniyyət Paytaxtları seçiliblər.

"Avropa Mədəniyyət Paytaxtı artıq 30 ildən çoxdur ki, inanılmaz uğur tarixi yazıb", deyə Avropa İttifaqının təhsil, mədəniyyət, multikulturalizm və gənclər üzrə komissarı Andrulla Vasiliu bildirib.

Xanım Vasiliu əlavə edib ki, mədəniyyət paytaxtı adını daşımaq şəhər üçün uzunmüddətli inkişaf, mədəniyyət sahəsində yeniliklər və əmək bazarının, həmçinin turizmin inkişafı üçün "unikal füsətdir".

Riqa şəhərinin "Mədəniyyət Paytaxtı" estafetini qəbul etməsi yanvarın 17-də muzeylər, kafelər və digər yerlərdə mədəniyyət tədbirlərinin keçirilməsi ilə qeyd olunacaq. Bunların içində, xüsusən Baltika kəhrabasına həsr olunmuş sərgi və I Dünya Müharibəsinin mədəniyyətə təsirini təsvir edən tədbiri qeyd etmək olar. Tədbirlərdə xanım Vasiliu və inkişaf üzrə avrokomissar Andris Piebalqs iştirak edəcəklər. 

Umea şəhərində isə tədbirlərə fevralın 1-i "Yanan Qar" mərasimi ilə start veriləcək. Əsas tədbirlər Umealven çayının ətrafında işıq, musiqi, mahnı və rəqs festivalı çərçivəsində baş tutacaq.

"Riqa və Umea şəhərləri bu məqamı Avropa Mədəniyyət Paytaxtının seçim mərhələsinin nəticələri elan olunan andan səbrsizliklə gözləyiblər və bunun üçün hazırlaşıblar. Açılış tədbirləri unudulmaz mədəniyyət ilinin başlanğıcı olacaq. Bu ilin təkcə yerli və yaxın ərazilərin əhalisinə deyil, həm də daha uzaq yerlərdən gələcək insanlara maraqlı olması üçün hər şey edilib", deyə Andrulla Vasiliu əlavə edib.

Qeyd edək ki, "Avropa Mədəniyyət Paytaxtı" proqramı Avropa İttifaqının ən uğurlu və yüksək səviyyəli mədəniyyət təşəbbüsü kimi qiymətləndirilir. Hər il mədəniyyət proqramları əsasında müstəqil münsiflər heyəti tərəfindən "Mədəniyyət Paytaxtı" adını daşımaq üçün iki ölkədə şəhər seçilir. Şəhər tərəfindən təqdim olunan proqram Avropa İttifaqı məsələlərinə toxunmalı, yerli əhalinin bütün təbəqələrini əhatə etməli, eləcə də şəhərin uzunmüddətli inkişafına töhvə verməlidir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib