SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
29 May 2014 | 08:02
Gənc peşəkarlar Respublika gününü qeyd etdilər
Photo: eunews.az
A
A
print
Baxılıb: 561

Mayın 28-də Brüsseldə Avropada Azərbaycanlı Təcrübəçilər Təşkilatı tərəfindən Azərbaycanın Respublika günü ilə bağlı tədbir keçirilib. 

Tədbirdə Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqı yanında səfirliklərinin, Azərbaycanın NATO yanında nümayəndəliyinin, həmçinin ARDNŞ-in Belçika nümayəndəliyinin əməkdaşları, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda təcrübə keçən azərbaycanlı gənclər, eləcə də Belçikada təhsil alan azərbaycanlı tələbələr və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə həmçinin Avropa Parlamentinin sabiq üzvü, "Yaşıllar Partiyası"ndan seçilmiş ilk avroparlamentari Frank Şvalba-Hot da iştirak edib.

Görüş zamanı azərbaycanlı gənclər və diplomatlar yaxından tanış olmaq, Belçikada təhsil və iş təcrübəsi ilə bağlı fikirlərini paylaşmaq imkanı qazanıblar. Tədbir iştirakçıları üçün Azərbaycan Demokratik Respublikası tarixi ilə bağlı viktorina keçirilib. Suallara doğru cavab verənlər hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, tədbir ARDNŞ-in dəstəyi ilə baş tutub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib