SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
22 İyul 2014 | 11:51
“Monti Payton” şousu sonuncu dəfə teatr və kinoteatrlarda
A
A
print
Baxılıb: 623

İyulun 20-də Londonun “O2 Arena” teatr səhnəsində və dünyanın 2000-dən çox kinoteatrında əfsanəvi “Monti Payton” qrupunun sonuncu tamaşası göstərilib. Qrup üzvlərindən Con Kliz, Maykl Peylin, Terri Qilliam, Erik Aydl və Terri Cons sonuncu dəfə səhnəyə çıxıblar. Bu barədə BBC xəbər verir.

Son tamaşada komik akyorlardan Mayk Mayers və Eddi İzzard da iştirak ediblər. Klassik “Odunçu mahnısı”, “Ölü tutuquşu” oyun tamaşaları göstərilib.

Qeyd edək ki, son tamaşanın Britaniyanın “Gold TV” telekanalında yayımlanması kanalın reytinqini bir az da artırıb. Belə ki, 160 dəqiqəlik tamaşaya 700 min nəfər baxıb. Son 5 dəqiqədə izləyicilərin sayı 812 min nəfərə çatıb.

Sağ qalan aktyorlar son 30 ildə ilk dəfə olaraq yenidən “Monty Python Live” (Mostly): “One Down, Five To Go” tamaşasını səhnələşdiriblər. Tamaşa “Həyatda hər şeyin yaxşı tərəfini düşün” mahnısının xorla ifası ilə yekunlaşıb.

Həmrəylik şou proqramında “Balıq şappıldatma” oyunu da göstərilib. 1989-cu ildə xərçəng xəstəliyindən vəfat etmiş Qrem Çepmenin arxiv lent yazılarının nümayişi tamaşaçıların xüsusi alqışı ilə qarşılanıb.

Mayk Mayersin oynadığı səhnəcikdə aparıcı özlərini pis aparan ulduzları şantaj edib. İzzard isə Bryusun filosoflar mahnısının ifasında avstraliyalı filosofu oynayıb. Professor Brayn Koks və Stefen Haukinq də başqa rolları ifa ediblər.

Tamaşa haqqında rəylər müxtəlif olub. “The Express” qəzeti proqramı “ilk komediya tarixi” adlandıraraq 5 ulduz, “İndependent” qəzeti isə “tənbəl yaradıcılığa” görə 2 ulduz verib.

1969-1979-cu illərdə televiziyada “Monti Paytonun uçan sirki” yaradılıb. Qrup həmçinin “Monti Payton”, “Müqəddəs qədəh” və “Braynın Monti Paytondakı həyatı” adlı bir neçə film də çəkib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib