SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
16 Avqust 2014 | 11:49
Brüsselin "gül bayramı" türklərə həsr edildi (FOTO)
A
A
print
Baxılıb: 856

Avqustun 14-də Brüsselin əsas meydanı "Qrand-Plas"da (Grand Place) ənəvi olaraq keçirilən 19-cu "Gül Xalçası" türklərin Belçikaya immiqrasiyasının 50-ci ildönümünə həsr edilib. Bu haqda məlumatı “New Europe” yayıb.

Bu il təxminən 600.000 beqoniya Türkiyənin məşhur kilimçilik sənətinin həndəsi naxışlarını canlandırır. Bu barədə məlumatı Brüssel merinin şəhər və turizm üzrə müavini Filip Kloze verib.

Gül xalçasına rəng gətirmək üçün 120 könüllü 6 saat çalışıb. Ümumi sahəsi 1800 kvadrat metr olan xalçanın 75 metr uzunluğu və 25 metr eni olduğu bildirilib.

Filip Klozenin sözlərinə görə, ziyarətcilər bu əsrarəngiz görünüşü həm əsas meydanı "Qrand-Plas"da , həm şəhərin üstdən görünüşü, həmçinin də İcra Hakimiyyətinin binasından 15-17 avqust tarixlərində izləyə bilərlər.

Qeyd edək ki, "Gül xalçası" Brüsselin baş meydanında iki ildə bir dəfə keçirilir və həm turistlər, həm yerli əhali tərəfindən ən çox gözlənən hadisələrdən biri hesab olunur.

1964-cü il iyulun 16-da Belçika və Türkiyə türklərin Belçikaya immiqrasiyasına icazə verən iki tərəfli konvensiya imzalamışlar. Bü gün 220 000-dən artıq türk Belçikada məskunlaşır. Miqrasiya prosesi hələ də davam etməkdədir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib