SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
20 Avqust 2014 | 10:15
Paris nasistlərdən azad olmasını qeyd edir
A
A
print
Baxılıb: 756

Parisin 70 il əvvəl nasistlərdən azad olunmasının bir həftəlik anım mərasimi başlayıb. Rəsmilər Fransa və müttəfiqlərin gəlişinədək 1944-ci ildə almanlara qarşı vuruşan Paris polisini yad ediblər. Bu barədə "Deutsche Welle" xəbər verir.

Avqustun 19-da Fransanın baş naziri Manuel Vals 1944-cü il avqustun 19-da paytaxtın azad olunmasında və qərargahın nasistlərdən azad olunmasında "cəsarət" və "fədakarlıq" göstərən Paris polisinin xatirəsinə başsağlığı verib. Mərasimdə Fransanın "La Marseillaise" adlı milli himni səslənib. Manuel Vals Fransa müqavimət hərəkatının üzvləri və mülki  əhali ilə yanaşı, həlak olan 167 polisin xatirəsinə qərargahın önünə əklil qoyub. O, 70 il əvvəl "barbarlığa qarşı mübarizə aparanları" alqışlayıb.

"Polis qərargahı ilk hökumət binasının azad edilməsi, respublikada qayda-qanunun bərpası və müqavimətin başlanğıcını qoydu. Məhz bu yerdə Paris polisi bizim demokratik ideallarımız və institutlarımızın bərpası üçün tam mübarizə aparıb. Elə burdaca polis zabitləri tarixdə şərəfli bir səhifə açıblar", - Vals bildirib.

Xatırladaq ki, 70 il əvvəl binanın ələ keçirilməsindən sonra Fransanın 2-ci zirehli diviziyasının başçılığı ilə müttəfiq qüvvələr paytaxta daxil olublar. Döyüşlər bir həftə sonra başa çatıb. Həmin vaxt artıq 4 il idi ki, nasistlərin göstərişləri ilə içərisində 4000 uşaq olan 13 minə yaxın şəhər yəhudisi və bəzi dissidentlər ölüm düşərgələrinə göndərilirdilər. Qərargahın alınması ilə bütün bunlara son qoyuldu.

Sonradan Fransanın prezidenti olan general Şarl De Qol 1944-cü il avqustun 25-də Fransanın azad olduğunu elan etdi. Elə həmin tarixdə Parisdə mahnı və rəqslərin müşayiəti ilə səhərədək atəşfəşanlıq təşkil olundu.

Qeyd edək ki, bu ilin yayında II Dünya müharibəsinin sonunda nasist Almaniyası üzərində qələbəyə həsr olunmuş başqa tədbirlər də keçiriləcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib