SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
27 Avqust 2014 | 15:29
İspan şəhərinin küçələri qırmızıya boyandı
A
A
print
Baxılıb: 785

İspaniyanın Bunyol şəhərinin küçələri qırmızıya boyanıb. Bu, qan deyil, minlərlə insanın bir-birini pomidor atəşinə tutmasının nəticəsidir. İllik "Tomatina" döyüşü bu şəhərin ən böyük turist atraksionuna çevrilib.

Avqustun 27-də keçirilən bayramda 125 ton pomidor əksəriyyəti xaricdən gəlmiş 22 min insan tərəfindən bir-birinə atılıb. 

Artıq iki ildir ki, şəhər xaricindən gələnlər iştiraka görə pul ödəməli olublar. İştirak haqqı 10 avro olub. 20 min əhalisi olan şəhər 5,5 milyon avroluq borcunu ödəmək üçün iştirakı pullu etmək qərarına gəlib. Bayrama biletlər həftələr öncə satılıb.

Bayramın kökləri 1945-ci ildə pomidor əkini ilə məşğul olan regionda uşaqların təşkil etdiyi pomidor döyüşlərinə gedir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib