SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
28 Avqust 2014 | 09:47
"Əli və Nino"ya film çəkiləcək
A
A
print
Baxılıb: 1036

"Agenda.ge" xəbər portalı məlumat verir ki, xristian gürcü qızı və müsəlman azərbaycanlı oğlan arasında qəlbləri ovsunlayan məhəbbət romanı tezliklə ekranlara çıxacaq. Gələn il "Bakı" jurnalında "20-ci əsrin ən təsirli və sirli sevgi hekayəsi" kimi təsvir olunan "Əli və Nino" əsərinə Azərbaycanda film çəkiləcək. Filmin baş rolunun ifaçısı, rejissor, prodüser və ssenari müəllifi 2014-cü il Kann film festivalında elan olunub.

1937-ci ildə - nasistlərin yüksəlişi dövründə Berlində nəşr olunan əsər ciddi sensasiyaya səbəb olmuşdu. Əsərdə hadisələr I Dünya müharibəsindən sonrakı Azərbaycan, Gürcüstan və İranda cərəyan edir. Romanda köhnə islam sülaləsinin birbaşa varisi Əli Xan Şirvanşir və Gürcüstan ortodoks xristianları ailəsinə mənsub gözəl Nino Kipiani arasındakı sevgidən bəhs olunur.

Əsərin müəllifi naməlumdur. Roman Almaniyada "Səid Qurban" təxəllüsü  ilə yazılıb. Kitab elə bu yaxınlarda gürcü dilinə tərcümə olunaraq, ölkədə nəşr edilib. İndiyədək dünyanın 33 dilinə tərcümə olunan əsər dəfələrlə çap olunub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib