SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
13 Sentyabr 2014 | 23:39
Azərbaycan musiqisi avropalıları valeh etdi
foto: eunews.az
A
A
print
Baxılıb: 1770

Sentyabrın 13-də Belçika Krallığının paytaxı Brüssel şəhərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri geniş proqramla çıxış edib. Konsert dünyanın unikal mədəniyyət məkanlarından biri olan Brüssel Musiqi Alətləri Muzeyində baş tutub. Orkestr Azərbaycan və dünya klassik musiqisinin nümunələrindən ifa edib. 

Konserti klassik musiqi həvəskarları, o cümlədən azərbaycanlı diplomatlar, tələbələr və diaspora nümayəndələri izləyib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də Bakıdan gələn qonaqlar arasında idi. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, ARDNŞ-тin Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov da konsertdə iştirak ediblər. 

Konsertdən əvvəl Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov çıxış edərək qonaqları salamlayıb. O bildirib ki, iki vacib idman hadisəsi, Antverpendə keçirilən Xüsusi Avropa Olimpiya Yay oyunları və 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları arasında baş tutan bu mədəni tədbir qonaqlara Azərbaycan ruhunu, Azərbaycan insanını daha yaxından tanımağa imkan verəcək.

Üzeyir Hacıbəyli adına Bakı Müsiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli konsertdən sonra "eunews.az"a bildirib ki, Xüsusi Avropa Olimpiya Yay oyunlarında azərbaycanlı idmançıların çıxışından qürur duyur. "Dünən idmançılarımızı gördüm və deyə bilərəm ki, onlar Azərbaycanı təmsil etməklə və qələbə qazanmaqla bizə qürur verirlər. Onlar əsl qəhramandırlar", - Fərhad Bədəlbəyli deyib. Məşhur musiqiçi həmçinin bildirib ki, avropalılar Azərbaycan musiqisi haqda çox az bilirlər. "Biz hər bir fürsətdən istifadə edib Azərbaycan musiqisini hər yerdə təbliğ etməliyik", - o əlavə edib.

Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin dirijoru Fuad İbrahimov isə bildirib ki, Avropa və Azərbaycan dinləyiciləri arasında böyük fərq var. "Azərbaycanlı dinləyicilər bizim əsərləri dinləyərkən həyəcan, sevinc hisslərini keçirirlər, duyğulara dalırlar. Bizim musiqini ilk dəfə dinləyən əcnəbilər isə əsərlərdəki energetikanı duyarkən musiqidəki möcüzəni hiss edirlər", - dirijor izah edib.

Belçikanın Brüssel Azad Universitetinin professoru, türk və ərəb dünyalarında ixtisaslaşan şərqşünas Ksavye Lüffən (Xavier Luffin) öz növbəsində Azərbaycan musiqisinin özündə Qərb texnikası və Şərq ruhunun harmonik sintezini yaratdığını deyib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib