SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
15 Oktyabr 2014 | 21:07
Azərbaycandakı milli azlıqlar Avropa Parlamentində müzakirə olundu
foto: eunews.az
A
A
print
Baxılıb: 1365

Oktyabrın 15-də Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib. Konfrans avroparlamentari Gyorgi Şöpflinin və “Sərhədsiz insan hüquqları” beynəlxalq qurumunun təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqsədi “Sərhədsiz İnsan Hüquqları” təşkilatının Azərbaycanda milli azlıqların yaşayış şərtləri haqda apardığı araşdırmanın hesabat təqdimatı olub.

Konfransın açılış nitqini Sərhədsiz İnsan Hüquqları təşkilatının siyasi müşaviri Mark Barvik və avroparlamentari Gyorgi Şöpflin ediblər.

Daha sonra, Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri Uilli Fotre (Willy Fautré) bildirib ki, milli və ya etnik azlıq anlayışının hüquqi təyinatı olmasa da, Azərbaycanda 15-dən çox milli azlığın olduğu məlumdur, ancaq etnik qruplar arasında qarışıq nikahlar sərhədlərin pozulmasına gətirib.

Cənab Fotre xüsusən vurğulayıb ki, Azərbaycanda azlıqların sosial inteqrasiyası və milli dəyərlərinin, mədəniyyətlərinin və dillərinin qorunmasına maneələr yoxdur.

"Azərbaycanda 120 min rus var və onlar ilk olaraq 1800-cü illərdə Azərbaycana gəliblər. İkinci dalğa Rus-Fars müharibəsindən sonra olub o zaman provaslav xristianlar və müsəlmanlar arasında ilk əlaqələr qurulmağa başlayıb. Üçüncü dalğa isə SSRİ-nin Azərbaycan ərazilərini zəbt etməsinin nəticəsində olub", - Uilli Fotre bildirib. O, Azərbaycanda rus mərkəzlərinin fəaliyyət göstərdiyini və bir çox məktəblərdə və ali təhsil ocaqlarında rus dilində təhsil almaq imkanının olduğunu deyib.

Azərbaycanda milli azlıqların parlamentdə də təmsil olunduğunu bildirən Fotre daha sonra ləzgilər haqda danışıb.

Rusiya-Azərbaycan sərhəddi ətrafında yaşayan ləzgilərə gəldikdə, Uilli Fotre qeyd edib ki, Azərbaycanın SSRİ-dən müstəqillik aldığından sonra, ləzgilər daha çox hüquqa malik olublar. "Rusiyanın maliyyə dəstəyi ilə Ləzgi separatist hərəkatları yaransa da, onlar əhalinin çox kiçik qismini təşkil edir və ümumilikdə ləzgilər xarici qüvvələrin təsirinə düşmür", - Fotre əlavə edib.

Həmçinin, Azərbaycanda üç fərqli yahudi qrupunun yaşadığı bildirilib. 6 sinaqoqun fəaliyyət göstərdiyi və yahudilərin müsəlman icması və dövlət qurumları ilə münasibətinin yaxşı olduğu, Azərbaycanda mütəşəkkil anti-semitizm və irqçilik hallarının olmadığı deyilib.

Həmçinin, tədbirdə Azərbaycanda rus icmasının nümayəndəsi Yelena Voronina və yunan icmasının təmsilçisi Səidə Mehdiyeva çıxış ediblər.

Tədbir sual-cavab sessiyası ilə sona çatıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib