SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
22 Oktyabr 2014 | 14:26
I Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş xatirə tədbiri
foto: Flickr / polet_frank
A
A
print
Baxılıb: 742

Oktyabrın 17-də Belçika Krallığının Nieuport şəhərində I Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş xatirə tədbirləri keçirilib. 

Nieuport şəhəri I Dünya müharibəsinin ən qanlı döyüşlərinə şahid olduğundan 100 illik xatirə tədbirlərinin keçirilməsi üçün məhz bura seçilib. 

Xatirə tədbirləri Belçika Krallığının, eyni zamanda Belçikada akkreditə olunmuş Azərbaycan, Yaponiya, Kanada, Bolqarıstan, Sloveniya və bir neçə digər ölkələrin səfirliklərinin himayəsi altında keçirilib. 

Mərasim simfonik orkestrin konserti ilə başlayıb və I Dünya müharibəsində iştirak etmiş ölkələrin mövzuya dair foto sərgiləri ilə davam etdirilib. Azərbaycan üçün ayrılmış stenddə Azərbaycan Tarix Muzeyindən əldə olunmuş əyani vəsaitlər, o dövrə aid xəritələr sərgilənib. 

Səfir Fuad İsgəndərovun sərgi iştirakçılarına müraciəti xatirə tədbirləri ilə bağlı çap olunmuş  kitabçada yer alıb. 

Səfir öz müraciətində Azərbaycanın strateji coğrafi mövqeyi barədə söz açaraq, ölkəsinin tarix boyu bu regionda baş vermiş proseslərin içində yer aldığını və I Dünya müharibəsi illərində Rusiya İmperiyasının tərkibində olmasına baxmayaraq, çox sayda itkilər verdiyini diqqətə çatdırıb.   

Səfir müraciətdə I Dünya müharibəsindən sonra yaranmış Azərbaycan Demokratik Respublikası barədə söz açıb, onun qısa müddət mövcud olmasına baxmayaraq, bu gün hər bir azərbaycanlının qürur mənbəyi olduğunu qeyd edib. Müraciətdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlar barədə də məlumat yer alıb. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib