SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
29 Oktyabr 2014 | 14:49
Üçüncü Türk-Ərəb Gənclər Qurultayı
A
A
print
Baxılıb: 1141

İstanbul Böyükşəhər Bələdiyyə Gənclik Məclisinin Xarici Əlaqələr Komissiyasının dəstəyi ilə  oktyabrın 23-27-də İstanbulda Üçüncü Türk-Ərəb Gənclər Qurultayı keçirilib. Qurultayın əsas məqsədi Yaxın Şərqdə davam edən çətinliklərə ortaq həll tapmağa çalışan və bölgənin gələcəyinə dair yeni baxış formalaşdıran gənc intellektualları bir araya gətirmək olub.

İstanbul Konqres Mərkəzində qurultayın təntənəli rəsmi açılışı baş tutub. Qurultay baş nazir köməkçisi prof. Dr. Numan Kurtulmuş və prezidentin baş katibinin müavini prof. Dr İbrahim Kalın və eləcə də türk iş qadını, Türkiyə Respublikası prezidentinin qızı Sümeyye Erdoğanın çıxışı ilə yadda qalıb. Açılış mərasimi pedaqoqlar, jurnalistlər və siyasətçilərin bölgənin aktual problemlərinə dair çıxış etdiyi 3 panellə davam edib.

Panellərdə Türkiyədə və eləcə də dünyada tanınan yəhudi əsilli amerikalı politoloq və aktivist prof. Dr. Norman Finkelştayn, jurnalist Methev Kassel, İordaniya Haşimi Universitetinin Siyasi Elmlər doktoru və Qatar Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin professoru Adnan Hayajneh, baş nazir prof. Dr. Əhməd Davudoğlunun keçmiş elmi müşaviri prof. Dr. Bülent Aras, mədəniyyət və turizm nazirinin müşaviri Elif Esen kimi məruzəçilər və digərləri çıxış ediblər.

Üç gün ərzində dünyanın dörd bir yanından müraciət formaları qiymətləndirilərək seçilən gənclərin iştirakı ilə İqtisadiyyat və Sahibkarlıq Komissiyası, Siyasi Məsələlər Komissiyası və Humanitar və Sosial Əlaqələr Komissiyası daxilində intensiv seminarlar təşkil edilib. Humanitar və Sosial Əlaqələr Komissiyasında Azərbaycan təmsilçiləri Qarabağ probleminin tarixi, qaçqın və köçkünlərin qarşılaşdığı çətinliklər, həmçinin konfliktin həlli yollarına toxunaraq müzakirələr aparıblar.

Qeyd edək ki, Üçüncü Türk-Ərəb Qurultayına bu il 3443 ərizə forması daxil olub və diqqətli seçim prosesi nəticəsində 75 nümayəndə iştirak hüququ qazanıb. Qurultay hər bir millətin nümayəndəsi üçün açıqdır və davamlı olaraq gələn ildə keçirilməsi nəzərdə tutulur.

Hazırladı: Sərməsova Fərqanə Azad 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib