SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
31 Oktyabr 2014 | 13:20
Fransada Hellouin bayramında klounlara qadağa
A
A
print
Baxılıb: 820

Bu il Hellouin bayramında Fransada 13 yaşdan böyüklərin kloun kimi bəzənməsi qadağan olunub. Klounlar öz hərəkətləri ilə uşaqları, hətta böyükləri qorxutduğu üçün şəhər rəhbərliyi belə bir göstəriş verib. Bu barədə “Deutsche Welle” yazır.

Vandarq kommunasının meri Pyer Düdyözer cənubi Fransa kəndində yeniyetmə və gənclərin Hellouin bayramında və noyabrın 1-də kloun kimi geyinmələrinə qəti qadağa qoyub. Bundan sonra kloun qiyafəsində gəzmək istəyən yeniyetmələr rəsmi icazə almalı olacaqlar.

“Əhalisi 6000 olan Vandarq kommunası zərərli klounlardan qurtulmağa çalışır. Məqsəd pisniyyətli klounların sakinlərə qarışmasının qarşısını almaqla, uşaqları qorumaqdır”, - oktyabrın 30-da kənd bələdiyyəsindən Bruno Giraudo “AFP” agentliyinə bildirib.

Son illərdə pisniyyətli klounların camaatın içərisinə qarışması ABŞ, Britaniya və başqa yerlərdə narahatlığa səbəb olub. Buna baxmayaraq, küçə quldurlarının, qozbel təlxəklərin olduğu Fransa üçün bu, nadir hallardandır.

Silahla zarafat

Polis onlarla komik geyimli gənci həbs edib. Belə ki, onların üzərində tapança, bıçaq və beysbol dəyənəkləri aşkarlanıb. Məktəbdən xaricdə, ictimai yollarda, parklarda və meydanlarda bu cür klounların sayı artıb. Bir dəfə yeniyetmələrdən biri əlindəki dəmir çubuqla yoldan ötəni vurub. Həftəsonu isə polis Adge liman qəsəbəsində kloun qiyafəli silahlı 14 yeniyətməni həbs edib.

Son hadisələr insanların klounlara qarşı ayıq-sayıqlığını artırıb. Təlxəklərin yaratdığı narahatlığa mane olmaq üçün polis müdaxilə etməli olub. Ötən bir neçə həftə ərzində “facebook” sosial şəbəkəsində də bu barədə məlumat yayılıb. Qeyd edək ki, qruplar ölkədə klounlar olan bölgələri yaxından izləyirlər. Buna baxmayaraq, Vandarq qəsəbəsindən əvvəl indiyədək başqa yerlərdə təlxəklərə qadağa qoyulmamışdı.

Qeyd edək ki, noyabr ayı ərzində 13 yaşdan yuxarı şəxslərin kloun kimi geyinməsinə icazə verilməyəcək. Sakinlər bir-birlərini qorxudaraq əylənməyin daha təhlükəsiz yollarını axtarmalı olacaqlar.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib