SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Mədəniyyət
23 Dekabr 2014 | 11:18
Britaniyalı müğənni Co Koker 70 yaşında dünyasını dəyişdi
A
A
print
Baxılıb: 989

Özünəməxsus səsi və "Beatles" qrupunun "With a Little Help from My Friends" ("Dostlarımın azacıq köməyi ilə"), "You Are So Beautiful" ("Sən necə də gözəlsən") mahnılarının ifası ilə məşhurlaşan Co Koker dekabrın 22-də, 70 yaşında vəfat edib. Xəbəri "Reuters" yayıb.

Kokerin "Sony Music Entertainment" səsyazma şirkəti bildirib ki, britaniyalı rok müğənni ağciyər xərçəngi ilə uzun sürən mübarizədən sonra dünyasını dəyişib.

Koker fəhlə ailəsində anadan olub, əvvəllər sanitar-texnik işləyib. Şeffilddə doğulmuş Kokerin uğurlu rok karyerası onu Şimali İngiltərədən 1969-cu ildə keçirilən Vudstok festivalına aparıb, 1980-ci illərdən isə musiqi onluqlarında həmişə önə çıxarıb.

Kolarado ştatının Kroford şəhərində yaşayan Koker 50 illik karyerası dövründə 40-a yaxın albom çıxarıb. 1970-ci ilin əvvəlində "Mad Dogs and Englishmen"("Qəzəbli it və ingilislər") albomu onu daha da məşhurlaşdırıb. 1974-də Billi Prestonun həmmüəllifi olduğu "You Are So Beautiful" ("Sən necə də gözəlsən") mahnısı 2013-cü ildə onlayn sorğularda ABŞ-da məşhurluğuna görə 4-cü yerdə gəlib.

Koker 1982-ci ildə Cennifer Uarneslə "An Officer and A Gentleman" ("Zabit və centlmen") filmi üçün "Up Where We Belong" ("Bizim üçün harada yaxşıdır ora") mahnısını duet oxuyub. Bu ifa Kokerə "Qremmi", mahnının müəlliflərinə isə Oskar mükafatı qazandırıb. "Fire It Up" ("Yandır") müğənninin sonuncu albomudur.

2011-ci ildə Bukinqem sarayında o, fəxri Britaniya imperiyasının ordeninə (OBE) layiq görülüb.

Sabiq "Beatles"qrupunun üzvü Paul MakKartni Kokerin qrupun orta templi "With a Little Help from My Friends" ("Dostlarımın azacıq köməyi ilə") mahnısına yeni həyat verdiyini bildirib. "Bu, insanın ağlını başdan çıxaran, mahnını qəlbin səsinə çevirən bir melodiyadır. Bunun üçün ona əbədilik minnətdarlığımı bildirirəm", - həmkarını "şimallı əntiqə oğlan" adlandıran MakKartni bildirib. Qeyd edək ki, həmin mahnını Koker Vudstokda çılğın, bəzən də qeyri-adi səs tembri ilə ifa edərək o, daha çox izləyicini özünə cəlb edib. "Rolling Stone" jurnalı bu melodiyanı "əfsanəvi festivalın ən unudulmaz izi" adlandırıb. Sonralar alkoqol və narkotik Kokerin karyerasına mane olub.

"Əlvida, Allah rəhmət eləsin Co Koker, dostundan sevgi və ehtiramla", - "Beatles" qrupunun zərb alətləri ifaçısı Rinqo Star "tvitter"də yazıb.

Kokerin həyat yoldaşı Pam, qardaşı Viktor, ögey qızı və 2 nəvəsi hazırda yaşayır. Qeyd edək ki, Kolarado gəncliyinə kömək məqsədilə Koker və arvadı "Koker uşaqlar fondu"nu yaradıblar.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib