SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
19 Noyabr 2013 | 02:17
Avropa İttifaqının 2014-2020-ci il büdcəsi təsdiqlənir
A
A
print
Baxılıb: 581

Noyabrın 19-da Strasburqda keçiriləcək görüşün əsas məqsədi Avropa İttifaqının (Aİ) 2014-2020-ci il büdcəsini son dəfə təsdiqləmək, həmçinin, sel və quraqlığa görə kompensasiya ödəmək üçün cari büdcəni artırmaqdan ibarətdir.

Avropa Parlamenti üzv dövlətlərlə bir neçə ay davam edən sərt sövdələşmələrdən sonra növbəti yeddi il üçün büdcəyə 908 milyard avro həcmində yaşıl işıq yandırmaq fikrindədir.

Eyni zamanda, gələn həftə Avropa Parlamentinin üzvləri 2013-cü ilin mühüm istiqrazlarını növbəti ildə də əhatə edəcək müqaviləni təsdiqləyəcək - ciddi sel və quraqlıqla qarşılaşan Avstriya, Çexiya, Almaniya və Rumıniyaya 400 milyondan artıq avro həcmində kompensasiya ödəniləcək.

Bundan əlavə, noyabrın 19-da xarici işlər nazirləri Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın Aİ ilə, noyabrın axırında isə Şərqi Avropa ölkələri ilə çoxdan gözlənilən assosiasiya haqqında sazişin imzalanmasının müzakirəsini aparacaqlar. Razılaşma hal-hazırda həbsdə olan müxalifət lideri Yuliya Timoşenko tərəfindən təhlükə altındadır. Aİ-nın nümayəndələri Timoşenkonun müalicə məqsədilə Almaniyaya aparılması ilə bağlı Ukraynanın hakimiyyət orqanlarından icazə əldə etmək üçün gələn həftə yenidən cəhd göstərəcəklər.

 Noyabrın 20-də Parlament 2020-ci ilə qədər Avropa İttifaqının açıq siyahısında olan şirkətlərdə qeyri-icraçı qadın direktorların sayının ən azı 40 faizə qədər artırılması haqda yeni qanun qəbul edəcək.

Eyni gündə qızların təhsil hüquqları üçün kampaniya keçirən və Talibanlar tərəfindən qətlə yetirilmək cəhdindən sağ çıxan 16 yaşlı Pakistan vətəndaşı Malala Yousafzaiyə Avropa Parlamenti “Saxarov” mükafatını təqdim edəcək.

Noyabrın 21-də isə Avrozona maliyyə nazirləri 2014-cü ilin müvafiq büdcə layihələri araşdırıldıqdan sonra Avropa Komissiyası tərəfindən keçən həftə verilmiş hesabatları müzakirə etmək üçün xüsusi Avroqrup görüşü keçirəcəklər.

Bundan əlavə, noyabrın 22-də Aİ-nın rəhbərləri - Jose Manuel Barroso və Herman Van Rompuy Pekində keçiriləcək Aİ-Çin sammitində iştirak edəcəklər. Sammitdə Çin hökuməti ilə ilk investisiya sazişi üzrə danışıqların başlanması gözlənilir.

Xatırladaq ki, Yunanıstanın baş naziri Antonis Samaras isə Almaniya kansleri Angela Merkeli ilə görüşdü. Görüş zamanı beynəlxalq kreditorlar üçlüyü növbəti qurtarma tranşının əvəzinə, daha çox xərcləri minimuma endirmələri barədə razılıq əldə etmək üçün yunan hökumətinə təzyiq göstərdi.

 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib