SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
19 Noyabr 2013 | 17:52
Parlament üzvləri Avropa İttifaqının uzunmüddətli büdcəsinin təsdiqlənməsi üçün səs verdilər
A
A
print
Baxılıb: 597

Noyabrın 14-də Avropa Parlamentini plenar sessiyada müzakirələr zamanı 2014-2020-ci illər üçün Avropa İttifaqının (Aİ) Çoxillik Maliyyə Strukturu (ÇMS) adlı uzunmüddətli büdcə layihəsini səsvermədə qəbul etdi. Parlamentin növbəti 7 il üçün Avropa İttifaqı proqramlarının maliyyələşdirilməsində daha çox sərbəstlik olması yönündəki cəhdləri uğurlu alındı. İttifaq 2014-cü ilin büdcəsində yeni iş yerləri, araşdırma və innovasiya üçün xərclərin azaldılması istiqamətindəki təzyiqlərə uğurla müqavimət göstərdi.

“Parlament daha kiçik büdcə qəbul edərək öz məsuliyyətini yerinə yetirdi”, büdcə komitəsinin sədri Alain Lamassoure dedi. “Amma biz öncəliklərimizi düzgün qura bildik və Aİ-nın 2014-cü ilə - Çoxillik Maliyyə Planının tətbiq edildiyi ilk ilə əksikliklərlə başlamasının qarşısını aldıq.”

Bundan əlavə,  Avropa İttifaqı Şurası Avropa Parlamentinin Avropada artan gənclərin işsizlik probleminin həlli üçün daha çox vəsait ayrılması tələbini qəbul etdi. Gələn ilin büdcəsi üçün Parlament həm də humanitar yardım, immiqrantlar, siyasi sığınma siyasəti və Frontex, Aİ-nın xarici sərhəd agentliyi üçün daha çox vəsait ayırılmasına nail oldu. Aİ-nın 2014-cü il büdcəsinə 500 milyon avro da əlavə edilərək, cəmi 135,5 milyard avro oldu.

Qeyd edək ki, Avropa İttifaqı institutları yeni ÇMS layihəsinin qeyri-formal razılığına 2013-cü ilin iyununda gəlsələr də, o zaman üçün qərarın verilməməsinin başlıca səbəbi yeni strukturun tələb etdiyi bəzi öhdəliklərin qarşılanmasının mümkünsüzlüyü ilə əlaqədar idi. Bu şərtlər arasına 2013-cü ilə aid olan büdcə qalıqlarının qapadılması, yüksək səviyyəli işçi qruplarının yaradılması və bütün razılıqların qanuni səviyyədə təsdiqi öhdəlikləri daxil idi.

Aİ-nın növbəti 7 il üçün büdcəsi isə 960 milyard avrodur. Bu dönəmdəki bütün illik büdcələr uzunmüddətli büdcədə təyin edilən xərcləmə zolağının daxilində olmalıdır.

Bundan əlavə, EPP – Avropa Xalq Partiyası qrupunun (Avropa Parlamentindəki ən böyük siyasi qrup) fransalı üzvü cənab Lammasoure bildirdi ki, Avropa Parlamenti milli xəzinələrdə maddi vəsaitlərin az olduğu bir vaxtda üzv dövlətlər tərəfindən təyin olunan illik maksimum xərcləmə limitinin sual altında qoyulmamasına üstünlük verir. Bunun əvəzində, Parlament yeni iqtisadi vəziyyətin nəzərə alınması və Avropa büdcəsinin gəlir hissəsi ilə birgə məxaric hissəsinin də müzakirə edilməsi, eləcə də iqtisadi artım və iş yerlərinin artırılmasında kredit çiyni effektinin maksimuma çatdırılması üçün büdcə qanununun 2016-cı ildə təkrar müzakirə edilməsi üçün razılıq əldə edib.

Büdcə 537 avroparlamentarinin səsi ilə qəbul olunub. Əleyhinə səslərin sayı 126, bitərəf səslərin sayı isə 19 olub.

Qeyd edək ki, çoxillik büdcə dekabrın 2-də Avropa İttifaqı Nazirlər Şurası tərəfindən təsdiq olunmalıdır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib