SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
27 Mart 2014 | 08:45
Tarixin ən böyük azad ticarət anlaşması
Photo: Reuters
A
A
print
Baxılıb: 818

ABŞ prezidenti Barak Obamanın Avropaya bu dəfəki səfəri bir neçə əsas məsələnin qabardılması üçün yaxşı vasitə oldu. Şübhəsiz ki, bu məsələlər içində ən vacibi və təxirəsalınmazı Ukrayna böhranı idi. Səfərini Hollandiyada keçirilmiş Nüvə Təhlükəsizliyi Sammiti ilə başlayan Obama avropalı müttəfiqlərini təhlükəsizlik məsələlərində yalnız buraxmayacağı ismarıcları verdi. Bununla belə, digər çox vacib bir məsələ təhlükəsizlik ritorikasının kölgəsi altında qalmamalıdır. Söhbət ABŞ və Aİ arasında planlaşdırılan azad ticarət zonasının yaradılmasından gedir.

Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı (Aİ) arasında dərin iqtisadi əlaqələr mövcuddur və bu münasibətlər hal-hazırda dərinləşməkdə, inkişaf etməkdədir. Müasir ABŞ-Avropa iqtisadi əlaqələri İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş və 6 üzvlü Avropa Birliklərindən, 28 üzvlü Avropa İttifaqına qədər genişlənmişdir.

ABŞ II Dünya Müharibəsinin sonunda qərbi Avropa ölkələri arasında sıx iqtisadi əlaqələrin qurulması üçün güclü vəkil rolunu oynayırdı. "Soyuq Müharibə" dövründə Avropa İttifaqı keçmiş düşmən ölkələri - Almaniya və Fransanı yaxınına çəkdi, həmçinin sabit qüvvə kimi ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik maraqlarına xidmət göstərdi. Eyni zamanda, Sovet blokuna qarşı iqtisadi dayaq olaraq qərbi Avropanı qurmaqda köməklik etdi.

Vahid iqtisadiyyatı olan Avropanın formalaşması ABŞ üçün ticarət və investisiya imkanları yaratdı. Avropanın iqtisadi artımı və inkişafı ABŞ-ın iqtisadi maraqlarının sürətləndirilməsinə xidmət etdi.

Kompleks şəklində qurulan və bir-birindən asılı olan bu əlaqələr artan sayda ticarət və maliyyə fəaliyyətlərinin müxtəlif növlərini əhatə edirdi. Daha sonra Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında azad ticarət razılaşmasının (Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTIP)) yaradılması üçün danışıqlara başlanıldı.

ABŞ və Avropa İttifaqı arasında Trans-Atlantik Azad Ticarət Sazişinin (TAFTA) məqsədi investisiyaları qorumaq, lazımsız normativ maneələri aradan qaldırmaq və dünyanın ən böyük azad ticarət sahəsini yaratmaqdır. Danışıqların əsas aspektlərindən biri Aİ və ABŞ-ın praktikada ən aşağı ortaq məxrəcin tənzimlənməsini azalda biləcək müvafiq qanun və qaydaları qəbul etməsidir. Aİ üçün bu, ABŞ-ın daha aşağı standartlara uyğun olan ərzaq və kənd təsərrüfatını, o cümlədən bir çox başqa sahələrin standartlarını qəbul etmək anlamına gəlir.

ABŞ-Aİ iqtisadi münasibətləri iqtisadi, siyasi və təhlükəsizlik amilləri çərçivəsində mövcuddur. Bəzi amillər daha sıx iqtisadi əlaqələr formalaşdırmış, digərləri isə qeyd olunan əlaqələrdə gərginlik yaratmışdır. İqtisadçılar qeyd edirlər ki, geniş əlaqələr hər iki tərəfə iqtisadi fayda gətirəcək, xidmətlərin və daha çox investisiya imkanlarının geniş seçiminə böyük təsir göstərəcək.

Avropa cəmiyyəti ictimaiyyəti qorumaq üçün onların seçdiyi, etibar etdiyi və maraqlarını qoruyan nümayəndələr vasitəsi ilə güclü hesab ediləcək korporasiyaların yaradılmasının tərəfdarıdır. Lakin TAFTA-nın mövcudluğu korporasiyaların gizli, qeyri-demokratik vasitələrlə tamamilə təhlükəli siyasətin idarə edilməsi üçün ideal imkan kimi görünür.

Qeyd edək ki, artan iqtisadi asılılıq problemlərlə yanaşı, faydalar da gətirir. ABŞ və Aİ iqtisadiyyatının inteqrasiyasının davamı kimi bəzi sektorların və ya şirkətlərin rəqabəti artacaq, eləcə də dəyişiklik qüvvələrinə müqavimət olacaq.

Hazırladı: Nərmin İsmayılzadə


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib