SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
06 May 2014 | 12:06
Almaniya və ABŞ azad ticarət sazişindən ümidlidirlər
© MomentaCreative.com
A
A
print
Baxılıb: 580

"Deutsche Welle" xəbər verir ki, Almaniya kanslerinin müavini Ziqmar Qabriel (Sigmar Gabriel) mayın 5-də Avropa İttifaqı (Aİ) və ABŞ ticarət nümayəndələrini Berlindəki toplantıya dəvət edib. O, Aİ-ABŞ ticarət sazişinin Avropa üçün aşağı standartlar olmadığını bildirib. 

Qabriel ABŞ və Aİ arasında azad ticarət sazişi olan Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığının (TTİP) qlobal ticarətin formalaşmasına şərait yaratdığını bildirib. "Trans-Atlantik sazişi qloballaşan iqtisadiyyata yeni standartlar gətirməlidir", – o deyib.

O, təkcə Almaniya avtomobil istehsalçılarının aşağı rüsumlara görə 1 milyard avroya qənaət edəcəyini bildirib.

Aİ ticarət üzrə komissarı Karel de Quxt (Karel de Gucht) deyib ki, "Bu çox faydalı saziş olacaq, həmçinin müvafiq dəyər və prinsiplərimizi də dəstəkləyəcək". O qeyd edib ki, nəzərdə tutulan saziş ətraf mühitə, istehlakçılara və məlumatın mühafizəsi standartlarına heç bir ziyan vurmayacaq.

Mayın 5-də keçirilən görüşdə bəzi istehlakçıların və ətraf mühitin müdafiəçiləri azad ticarət sazişinin Aİ qaydalarını sıxışdırıb çıxaracağından narahat olduqlarını bildiriblər. Berlindəki görüşdə iştirak edən ABŞ-ın ticarət üzrə nümayəndəsi Maykl Froman isə nümayəndələri standartların aşağı düşməyəcəyinə əmin edib.

"Gəlin, səmimi olaq"

Tənqidçilər həmçinin diqqəti danışıqların məxfiliyinə yönəldiblər. Qabriel bazar ertəsi bildirib ki, "Biz demokratik bir mühitdə məxfi müzakirələr apara bilmərik və aparmamalıyıq". O, bu prosesə Aİ və milli parlamentlərin hər ikisinin birlikdə cəlb olunmasına çalışacağını deyib.

O, dünyada ən böyük azad ticarət zonasının yaradılması danışıqlarının təxirə salınması tələblərini rədd edib.

Qeyd edək ki, "TTIP" (Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığı) sazişinin köməyi ilə 100 minlərlə iş yeri yaranacaq, ticarət rüsumları xeyli dərəcədə ləğv olunacaq. Bununla yanaşı, şirkətlər bu sazişin ətraf mühit, təhlükəsizlik və digər sənaye standartlarını qaydaya salacağına ümid edirlər. Ölkələr üzrə dəyişən bu standartlar əlavə əmək və xərc tələb edir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib