SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
05 Sentyabr 2014 | 07:15
Trans-Atlantik Ticarət Müqaviləsi niyə populyar deyil?
foto: Flickr
A
A
print
Baxılıb: 1052

2013-cü ilin fevralında ABŞ prezidenti Barak Obama Trans-Atlantik Ticarət və İnvestisiya Əməkdaşlığı (TTİP) müqaviləsini irəli sürdü. Elə həmin ilin iyul ayında Avropa Komissiyası nümayəndələri və ABŞ rəsmilərinin iştirakı ilə danışıqların 1-ci mərhələsi baş tutdu. Tərəflərin məqsədi bəşər tarixinin ən böyük azad ticarət sövdələşməsini imzalamaqla iqtisadi həyatı canlandırmaq, yeni iş yerlərinin açılmasına töhvə vermək idi. Bununla belə, həmişə olduğu kimi Avropa amerikan liberalizminin qoca qitəyə ayaq basmasından ehtiyyat etməyə başladı. Həmin danışıqlar təkcə Atlantik okeanının hər 2 sahilindəki siyasətçilərin deyil, cəmiyyətin də etirazına səbəb oldu. Vətəndaş cəmiyyəti də bu müqavilənin imzalanmasına etiraz edir.

Görəsən, TTİP müqaviləsi nə üçün belə gözdən düşüb? Niyə yeni iş yerlərinin yaradılması, qiymətlərin aşağı düşməsi, Aİ və ABŞ münasibətlərinin möhkəmləndirilməsini söz verən bu müqavilə mənfi qarşılanır?

Çox geniş tərif

Aİ və ABŞ arasında tariflər indi minimal səviyyədədir. Hökumətlər TTİP-ə tənzimləyici maneələri aradan qaldıran bir vasitə kimi baxırlar. Bütün müzakirələr məhz bu səbəbdən başladı. Bu müqavilə tənzimləmələrin asanlaşdırılması vasitəsilə daha güclü beynəlxalq korporasiya yaradılmasının bir yoludur. Tənqidçilər isə bildirirlər ki, bu cür fəaliyyət sosial standartların səviyyəsinin azalmasına və ekologiyanın pisləşməsinə gətirib çıxarır. İnvestisiyaya gəldikdə isə, bununla hər şey tamamlanmış olur. TTİP dövlət siyasətinə görə mənfəət itirmiş investorlara kompensasiya vəd edir.

İnsanlar bilmədikləri şeylərdən qorxurlar

ABŞ-ın Aİ ölkələrində konkret hansı tənzimləmələri asanlaşdıracağı sirr kimi saxlanılır. Hətta ABŞ hökumət rəsmiləri belə, sənədlərin aparılmasına və köçürülməsinə icazə verilməyən xüsusi otaqda onlara baxa bilirər. Ona görə də parlamentarilər ABŞ-ın tələblərini görməkdən imtina edirlər, ABŞ konqresmenləri isə Aİ-nin tələblərindən xəbərsiz qalır. Bu imtinalara son qoyulduqdan sonra "Tənzimləyici Korporasiya Şurasının" yaradılması və bundan sonra qaydaların təqdim olunması təklif olunub. Qeyd edək ki, sözügedən Şuranın arzuolunmaz korporativ fəaliyyət qaydalarını aradan qaldırmaq səlahiyyəti olacaq.

İri bazar və çoxlu iş yerləri

ABŞ tarixində belə bir təcrübə var ki, daha iri bazarlar daha çox iş yerlərinin yaradılmasına səbəb olur. İqtisadi Siyasət İnstitutuna görə, 1994-cü ildə ABŞ, Meksika və Kanada arasında bağlanmış Şimali Amerika Azad Ticarət Müqaviləsi (NAFTA) milyonlarla işçinin öz iş yerlərini itirməsinə, yaxud gəlirlərinin (məvacib və əmək haqqı) azalmasına səbəb olub. Avropa Komissiyasının tədqiqatlarının nəticəsi isə daha çox nikbindir. Həmin sənədlərə görə, 2027-ci ilədək iqtisadi məhsulun 0,5% artacağı gözlənilir.

Ərzaq standartının aşağı düşməsi

ABŞ-ın hormonlar, GMO (Genetik Modifikasiya Olunmuş) məhsulları və zərərvericilərlə mübarizəyə gəldikdə, yeyinti sənayesi ilə bağlı tənzimləyici qaydaları çox ciddidir. Ona görə də ekoloji və ərzaq standartları sadə olan ABŞ məhsullarının idxalının qarşısı alınır. ABŞ hakimiyyət orqanları TTİP vasitəsilə bu maneələri dəf etməyə çalışırlar.

Ekoloji tənzimləmələrin vurduğu ziyanı, ictimai xidmət və başqa sahələrdəki problemləri də buna əlavə etmək olar. Cəmiyyət bunların hamısını müqavilənin pis nəticəsi kimi görür. Hər halda, müqavilənin sonda imzalanacağı, icra olunub-olunmayacağı naməlumdur. 2015-ci il hər 2 tərəf üçün son müddətdir. Hər 2 "imperiyanın" qısa zamanda uğurla danışıqlar aparması və həllə nail olması mümkündürmü? Əgər belə olmasa, növbəti prezident seçkiləri danışıqların müvəffəqiyyətlə sona çatmasına kömək edəcəkmi? Rusiya və Çin arasındakı güclü ticarət əməkdaşlığı ilə yarışmaq üçün TTİP yeganə yoldurmu? TTİP-ə qarşı yaranan mənfi fikirlərin səbəbi NAFTA-nın uğursuzluğudur, yoxsa bu yeni böhrandan xəbər verir?  

Avropa İttifaqının TTİP müqaviləsinə edilən etirazlardan nəticə çıxaracağı gözlənilir. Noyabrın 1-dən fəaliyyətə başlayacaq yeni Avropa Komissiyası danışıqlarda yeni yanaşma nümayiş etdirə bilər. Qeyd edək ki, Avropa İttifaqı tərəfdən danışıqları aparan Karel de Quxt yeni Komissiyanın tərkibində deyil.

Dilarə Hüseynova


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib