SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
09 Sentyabr 2014 | 11:14
Yunanların 80%-i iqtisadiyyatla bağlı pessimistdir
A
A
print
Baxılıb: 500

Borc böhranından 4 il sonra həftəsonu Yunanıstanda aparılan ictimai sorğunun nəticələri dərc olunub. Sorğunun nəticəsinə görə, yunan vətəndaşlarının 80%-i milli iqtisadiyyatları və gələcək maliyyə durumları ilə bağlı hələ də pessimistdir. Bu barədə "New Europe" xəbər verir.

İlin əvvəlində "Kappa Research" şirkətinin "Vima Kyriakis" ("Bazar tribunası") qəzeti üçün apardığı sorğuda isə pessimistlərin sayı 90% idi.

Sorğuda 49,6% iştirakçı yaxın gələcəkdə öz iqtisadi vəziyyətinin pisləşəcəyini, 32,3% heç bir dəyişiklik olmayacağını, 15% isə irəliləyiş gözlədiyini bildirib. Milli iqtisadiyyatla bağlı isə respondentlərin 40,5%-i vəziyyətin pisləşəcəyini, 34%-i heç bir dəyişiklik olmayacağını, 25,1% isə irəliləyiş olacağını bildirib.

Sorğu aparanların dediyinə görə, müflislik qorxusu və ciddi iqtisadi tədbirlərdən sonra yunanlar yeni standartlar qəbul ediblər. Bu isə onların iqtisadiyyatın vəziyyəti və funksiyası ilə bağlı baxışlarını bir az dəyişib.

Kreditin qaytarılması üçün ciddi iqtisadi tədbirlər və struktur islahatlarla beynəlxalq kreditorların böhran proqramına qoşulmaq Yunanıstana mənfi və müsbət təsirlər göstərib. Yunanların 50%-i bunu təsdiqləyir. 6 illik iqtisadi tənəzzüldən sonra Yunanıstan 2014-cü ildə yenidən inkişafa başlayır. Respondentlərin bildirdiyinə görə, iqtisadi inkişafa ən çox fermerlər (73,8%), iş adamları (72%) və gəmi sahibləri (64,1%) kömək ediblər.

Yunanıstanda siyasi partiyalara (7,6%), həmkarlar ittifaqlarına (5,7%) və mətbuata (1,9%) inam da azalıb. İqtisadiyyatın bərpasında 43% mili müdafiə qüvvələrinin, 40% sahibkarların, 37%  isə polislərin əsas rol oynadığını bildirib. Respondentlərin 79,1%-i bildirib ki, Yunanıstan üçün prioritet məsələ iş yerlərinin yaradılmasıdır. Son aylarda iqtisadi göstəricilərdə irəliləyiş olsa da, işsizlik rekord səviyyədədir. İşçi qüvvəsinin dörddə biri işsizdir. Ev təsərrüfatlarında insanların istehlak vərdişləri dəyişib. Böhrandan sonra hamı bazarda ən ucuz məhsullara üz tutduğunu bildirib.

Qeyd edək ki, sorğu 1609 nəfər arasında 27 avqust-3 sentyabr tarixlərində keçirilib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib