SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
12 Sentyabr 2014 | 09:49
"Mastercard" Aİ ilə mübahisədə uduzdu
A
A
print
Baxılıb: 482

Avropa Ədalət Məhkəməsinin qərarından sonra Aİ Komissiyası ilə ödəniş haqlarına görə mübahisədə "Mastercard" məğlub olub. Bu barədə "EUobserver" yazır.

Məhkəmənin 11 sentyabr hökmü şirkətin 2007-ci ildə Aİ Komissiyasının qərarına qarşı verdiyi şikayəti təmin etməyib. Komissiya həmin vaxt "Matercard"a xaricdə ödəniş kartlarına görə xidmət haqqını ləğv etməyi göstəriş vermişdi.

Çoxtərəfli mübadilə vergisi (MİFs) - ödəniş vaxtı satıcı və müştərinin hesabından tutulan xidmət haqqıdır. Ticarətçilər çox vaxt xidmət haqqını istehlakçının ödədiyi qiymətə daxil edirlər. Hal-hazırda Danimarka və Hollandiyada bu xidmət haqqı 0,2%, Almaniya, Macarıstan və Polşada isə 1%-dən çoxdur. İttifaqın bankları hər il bununla 6 milyard avroya yaxın pul qazanır.

Aİ məhkəməsinin hökmündə bildirilir ki, sistem bu xidmət haqları ödənilmədən də fəaliyyət göstərə bilər, burada "obyektiv zərurət" yoxdur. Həmçinin istehlakçı və ya ticarətçi üçün bunun elə bir "təsirli üstünlüyü yoxdur." Qeyd edək ki, Komissiyanın ilk dəfə 1992-ci ildə "Masteracard"ı məhkəməyə verməsindən 22 il sonra məhkəmə sonda belə bir hökm çıxarıb.

Komissiyanın rəqabət üzrə komissarı Antuan Kolombani bildirib ki, məhkəmənin hökmü indiyədək haqsız yerə xidmət haqları ödəyən Avropa istehlakçılarının böyük qələbəsidir. "Mastercard Europe" prezidenti Xavyer Perez qərardan  məyus olduğunu bildirib, lakin deyib ki, bunun "Mastercard"ın fəaliyyətinə təsiri az olacaq.

İstehlakçılar və pərakəndə ticarətçilər məhkəmənin qərarını alqışlayıblar. "Biz bu qərardan son dərəcə məmnunuq. "Mastercard" təkcə xaricdə deyil, milli səviyyədə də bu xidmət haqlarını yenidən qiymətləndirməlidir", - "Eurocommerce" ticarət assosiasiyasının baş direktoru Kristian Ferşuren deyib.

"Mastercard"ın rəqib "Viza" ötən il Komissiyanın antimonopoliya iddiasına görə xidmət haqlarını 0,3% etmişdi.

Parlamentarilər və nazirlər təklif olunan ödənişlər direktivini gələn həftə yenidən müzakirə edəcəklər. Plastik kart ödənişlərində xidmət haqqı debet kartlarda 0,2%, kredit kartlarında 0,3%-ə qədər məhdudlaşdırılacaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib