SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
13 Sentyabr 2014 | 11:03
Aİ və Ukrayna arasında ticarət razılığı təxirə salınır
foto: Flickr / Tom Graham
A
A
print
Baxılıb: 520

Aİ ticarət komissarı De Quxt, Ukrayna xarici işlər naziri Klimkin və Rusiya Federasiyası iqtisadi inkişaf naziri Ulyukayev sentyabrın 12-də bir araya gəliblər. Bu görüş iyulun 11-də Brüsseldə və avqustun 26-da Minskdə baş tutan yüksək siyasi səviyyəli görüşlərin davamıdır.

Aİ ticarət komissarı və nazirlər Ümumdünya Ticarət Təşkilatının  öhdəliklərinə uyğun olaraq, regionda ticari artım və rifahın dəstəklənməsi üçün ticarətin liberallaşdırılmasının əhəmiyyətinin təşviqinə dair razılığa gəliblər. Onlar Avropa İttifaqı (Aİ) - Ukrayna arasında imzalanan Assosiasiya Müqaviləsi (AM), Dərin və Müfəssəl Azad Ticarət Zonası (DMATZ), eləcə də MDB ölkələri arasında mövcud olan  Azad Ticarət Müqaviləsinin (ATM) regionda vahid iqtisadi inkişafa böyük təsirinin olacağına əminliklərini bildiriblər.

Assosiasiyası Müqaviləsinin ratifikasiya olunacağı halda, Ukraynada stabilliyi artırmaq və rahatlığı təmin etmək üçün Avropa Komissiyası əlavə güzəştlərə hazır olduğunu bildirib. Ukrayna hökuməti üçün nəzərdə tutulan bu güzəşt DMATZ -ın 31 dekabr, 2015-ci tarixinə kimi təxirə salmaq, bununla belə rəsmi Kiyevin xeyrinə Aİ ilə müvəqqəti muxtar ticarət tədbirləri görməyə davam etməkdən ibarətdir.

Tərəflər Rusiya tərəfindən yaradılan problemlərin həlli üçün fəaliyyət göstərməyə davam edəcək. Bu müzakirələr yüksək səviyyədə üçtərəfli görüşlərdə nəzərdən keçiriləcək.

Davam edən proseslərdə Ukraynanın hüququ, eləcə də bu ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması əsas şərtlərdən olacaq.

Məhz bu razılaşmalar əsasında Ukrayna Rusiya ilə MDB ölkələri arasında mövcud olan ATM-ni davam etməyə hazır olduğunu bildirib. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib