SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
14 Sentyabr 2014 | 11:34
Antonis Samaras: “Yunanıstana üçüncü maliyyə yardımı lazım deyil”
A
A
print
Baxılıb: 441

Yunanıstan maliyyə hədəflərinə çatmaq üzrədir və yeni maliyyə yardımına ehtiyac duymur. Baş nazir Antonis Samaras “Realnews” qəzetinə müsahibəsində ölkəsinin beynəlxalq kredit təşkilatlarına borcunun tezliklə tam şəlikdə ödəniləcəyini vurğulayıb. Bu haqda “Reuters” yazır.

Qeyd edək ki, avrozonadan çıxarılmasına az bir müddət qalmış Yunanıstan ölkə büdcəsini stabil vəziyyətə gətirə və hətta müəyyən mənfəət ilə fəaliyyəti tənzimləyə bildi.

Batmaq üzrə olan rəsmi Afinanı 2010-cu ildə Avropa İttifaqı (Aİ) və Beynəlxalq Maliyyə Fondunun (BMF) ayırdığı maliyyə paketi xilas etmişdi. Avrozona əməkdaşlarının maliyyə yardımı bu ilin dekabrında bitsə də, BMF 2016-cı il 1-ci rübündə yenidən Yunanıstana yardım etməyi planlaşdırır.

Samaras müsahibəsində “Yunanıstanın yeni kreditə ehtiyacı yoxdur və ehtiyacında olmadığı maliyyə üçün yeni kredit müqaviləsi imzalamayacaq. Bizim belə müqavilə imzalamaqda əsas məqsədimiz Yunanıstanın iqtisadi stabilliyini geri qaytarmaq idi. Bu arzumuzu yerinə yetirdiyimizdən dolayı yenidən elə bir yükün altına girmək ağılsızlıq olardı”, - deyə qeyd edib.

Samarasın sözlərinə görə, atılmış addımlar, keçirilmiş islahatlar Yunanıstanın beynəlxalq aləmdə yenidən etibarlığını qazanmasına səbəb oldu.

“Mən optimistəm. Qarşımıza qoyduğumuz məqsədlərə bir-bir nail olduq və sonuncunu da bacaracağımıza əminəm. Yunanıstan öz borclarını qaytara bilmə “sertifikatını” da qazanacaq”, - o əlavə edib.

Samaras “Siriza” partiyasının “Yunanıstana yardım lazım deyildi” kimi populist çıxışlarının ölkəni əksinə yeni kreditlər qarşısında qoya biləcəyini söylədi.

Qeyd edək ki, “Siriza”nın fikrinə görə, ölkə kredit götürmək əvəzinə, aylıq əmək haqlarını və təqaüdləri azaldaraq, büdcəni artıra bilərdi.

“Yunanıstanın o zamanki rəqabət qabiliyyətliliyi daha yüksək minimum əmək haqqını və ya işsizliyi təmin edə bilərdimi?” və ya “Bizim 751 avroluq aylıq əmək haqqını təmin edə bildiyimiz vaxtlarda “Yunanıstanda investisiyaya yox” xroniki şüarları mövcud idi. O zamanlarda da əmək haqqı və təqaüdləri azaldaraq büdcəni stabilləşdirə bilərdikmi?”, - deyə Samaras son olaraq əlavə edib. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib