SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
16 Sentyabr 2014 | 10:28
Rusiyanın cavab reaksiyası Avropa şirkətlərini sarsıtdı
foto: Flickr / world bank
A
A
print
Baxılıb: 663

Sentyabrın 15-də parlamentarilər Rusiyaya qarşı tətbiq edilən sanksiyaları və onların əks-təsirini müzakirə ediblər. Bu barədə "New Europe" yazır.

Qeyd edək ki, Rusiyanın Aİ, ABŞ, Avstraliya və Norveçdən ət və süd, eləcə də meyvə-tərəvəz məhsullarına qoyduğu qadağadan Avropa şirkətləri hələ də əziyyət çəkir. Ukrayna böhranına görə Aİ sanksiyaları və Malayziya hava yollarına məxsus MH17 reysli təyyarənin vurulmasından sonra avqustun 7-də Rusiya da sanksiyalar tətbiq etməyə başlayıb.

Bu sanksiyalar Aİ-yə ciddi ziyan vuracaq, çünki Aİ-nin kənd təsərrüfatı məhsullarını ixrac etdiyi 2-ci ən böyük ölkə Rusiyadır. Aİ isə Rusiya idxalından 43% asılıdır. Ötən il Aİ-dən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının həcmi 11,3 milyard avro idi. Rusiyanın qadağasından sonra bu, 5,1 milyard avroya düşəcək. Spesifik məhsullara və müəyyən regionlara sanksiyalardan daha çox ziyan dəyəcək.

Rusiya qadağaları ət, süd məhsulları, meyvə və tərəvəzi əhatə edir. Qeyd edək ki, Aİ Komissiyası Rusiyaya cavab olaraq 155 milyon avroluq şaftalı, nektarin (tüksüz şaftalı), tərəvəz, yağ və pendirin bu ölkəyə ixracına qısa müddətə qadağa qoyub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib