SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
17 Sentyabr 2014 | 16:06
Aİ-nin “rəqəmsal vahid bazarı” formalaşmayıb
A
A
print
Baxılıb: 474

Sentyabrın 16-da parlamentarilər Aİ-nin daxili bazar üzrə komissarı Mişel Barnye ilə debatda iştirak ediblər. Parlamentarilər bildiriblər ki, Aİ-nin inkişafı və iş yerləri potensialının artırılması üçün Aİ rəqəmsal vahid bazarın inteqrasiyasına daha çox səy göstərilməlidir. 28 ölkənin rəqəmsal bazarında mobil operatorların rominq xərclərinə son qoyulmalı, onlayn ticarət inkişaf etdirilməli, istifadəçilərin internetə sərbəst çıxışı təmin olunmalı, internet xidmət provayderlərinin bitərəfliyi, həmçinin məlumatların daha yaxşı mühafizəsi təşkil olunmalıdır.

"Ötən 5 il ərzində rəqəmsal vahid bazarın yaradılmasında mühüm irəliləyişlər əldə olunub, lakin hələ də bir sıra maneələr var. Aİ-nin xırda və orta sahibkarlarının təkcə 14%-i onlayn ticarətdən istifadə edir", - Barnye bildirib.

Parlamentarilərin əksəriyyəti rəqəmal vahid bazarın tam formalaşmadığını etiraf ediblər. "Üzv ölkələr eqoistcəsinə öz qaydalarından yapışmaqdan əl çəkməlidirlər. Avropada xırda və orta sahibkarlar üçün bir-birinə oxşar ümumi qaydalar olmalıdır", - Andreas Şvab (EPP, Almaniya) bildirib. Evelin Qebhard (S&D, Almaniya)  da onun fikirlərini dəstəkləyib. Qebhard deyib ki, istehlakçılar və şirkətlərin qanun qarşısında arxayınlığı üçün Aİ-nin həssas qaydaları olmalıdır.

"Rəqəmsal bazarın imkanlarının genişləndirilməsi inkişaf və iş yerlərinin artması baxımından vacibdir. Onlayn ticarətdə qiymətlərin aşağı olmasına görə istehlakçılarımız 60 milyard avroya, seçimlərin çox olmasına görə isə 95 milyard avroya qənaət edə bilərlər", - Viki Ford (ECR, Britaniya) bildirib.

"Məsələn, Çexiya Fransadan hansısa musiqini asanlıqla ala bilməlidir", - deyən Dita Çaranzova (ALDE, Çex Respublikası) 28 üzv ölkə üzrə "rəqəmsal vahid bazar"ın formalaşmamasına təəssüflənib. "Provayderlərin bitərəfliyi və məlumatların mühafizəsi sahəsində irəliləyiş yoxdur," - Yan Filip Albrext ("Yaşıllar", Almaniya) deyib. "Fiziki infrastrukturlar da qurulmalıdır", - Devid Borrelli (EFDD, İtaliya) əlavə edib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib