SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
23 Sentyabr 2014 | 10:39
Fransa Avropanın "xəstə uşağı" deyil
A
A
print
Baxılıb: 505

Fransanın baş naziri Manuel Vals martda vəzifəyə gəldikdən sonra ilk dəfə Almaniyaya rəsmi səfər edib. Sentyabrın 22-də Berlinə səfərində o bildirib ki, Fransa "xəstə" deyil.  "Fransanı yenidən əvvəlki inkişaf yoluna qaytarmaq üçün islahatlar keçirəcəyik", - sosialist baş nazir birgə mətbuat konfransında deyib. Almaniya kansleri Angel Merkel isə Valsın iqtisadi islahatlarla bağlı götürdüyü öhdəliklərin "dərin təsir" bağışladığını bildirib. Bu barədə "France 24" xəbər verir.

Fransada uzun müddətdir heç bir iqtisadi artım müşahidə olunmur. İşsizlik və büdcə defisiti yüksək səviyyədədir. Hökumət bunları nəzarətə götürə bilmir. Qeyd edək ki, ayın əvvəlində Paris büdcə defisitini 2017-ci ilədək Aİ-nin ÜDM-sinin 3%-i  limitinə qədər azalda bilməyəcəyini bildirmişdi. Vals sosialist hökuməti və prezident Fransua Olland növbəti 3 il ərzində büdcə xərclərinin 50 milyard avrodan çox azaldılması ilə bağlı iqtisadi islahatlar irəli sürüblər.

"Manuel Vals öz gündəliyini təqdim etdi və hesab edirəm ki, Fransanın üzərinə götürdüyü öhdəliklər dərin təsir bağışlayır", - Merkel deyib. O bildirib ki, islahatlarla hər şey bitmir, lakin bu, yaşayış səviyyəsinin və iş yerlərininin artırılmasına kömək edə bilər. Fransanın gördüyü işlərə Almaniya deyil, Aİ Komissiyası qiymət verəcək.

Avropa qonşusundan fərqli olaraq, ixracata meylli Almaniya iqtisadiyyatı böhrandan tez qurtularaq Avropanın ən böyük iqtisadi inkişaf mərkəzinə çevrilib. 1990-cı illərdə Almaniya "Avropanın xəstə adamı" adlandırılırdı. Təhlilçilər və mətbuat bu yaxınlarda bu adı Fransaya veriblər. Almaniya mətbuatı Fransanı çox ciddi tənqid edir. Gündəlik "Bild Monday" qəzetində alman dilində "Frankreich" (Fransa) sözünün yerinə çox vaxt "Krankreich" (xəstə) işlədirlər.

"Fransa Avropanın xəstə uşağı deyil"

Vals mətbuat konfransında bu cür ifadələrin ədalətsiz olduğunu vurğulayıb. "Mən buraya Almaniyanı Fransanın islahatlarla bağlı ciddiliyinə inandırmağa və Fransanın Avropanın xəstə uşağı olmadığını deməyə gəlmişəm", - o deyib.

Almaniya öz xərclərinə nəzarət etməsi üçün Fransaya təzyiq göstərir. Fransa isə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyadan nasaz avrozonada inkişaf və investisiya qoyuluşunu artırmağı tələb edir. Vals bazar ertəsi bu fikirləri bir daha təkrarlayıb. "Fransa öz öhdəliklərini yerinə yetirəndə bu, Almaniyaya xoş gəlir, Almaniya Fransanı anladığına görə də Fransa onu xoşlayır. Almaniya Avropada inkişafı öz öhdəsinə götürsə, Fransanın ona sevgisi davam edəcək", -  Vals deyib.

Merkel isə bildirib ki, əlavə pul xərcləmədən inkişaf üçün elə də çox imkan yoxdur. O deyib ki, hər 2 ölkə avronun möhkəm və davamlı valyuta olması, Avropada inkişaf, Avropa qətnamələrinə, məsələn, "Stabillik və İnkişaf Paktı"na inamın artırılması üçün səy göstərməlidir.

Vals 2 günlük səfərinin sonunda şimaldakı Hamburq liman şəhərinə yollanacaq. O, burada Fransa-Almaniya əməkdaşlığının simvolu olan Avropanın "Airbus" təyyarə istehsalçısının zavoduna baş çəkəcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib