SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
28 Sentyabr 2014 | 14:28
Avropa İttifaqı Şurası sənayedə rəqabətliliyi müzakirə etdi
A
A
print
Baxılıb: 1048

25 və 26 sentyabr tarixlərində Brüsseldə keçirilən görüşlərdə, rəqabətlilik üzrə məsul olan nazirlər Aİ-nin sənayesinin gücləndirilməsi yollarını nəzərdə keçirib və Avropanın artım və rəqabət üçün növbəti 10 illik planı olan “Avropa 2020” strategiyasını müzakirə edib.

Sənayedə rəqabətlilik

Avropa İttifaqı Şurasından verilən məlumata görə, nazirlər Avropada sənayedə rəqabətlilik amili və mövcud qanunvericiliyin sənaye sahələrinə müsbət təsirini təmin etmək ilə bağlı müzakirələr apardı.

Debatlar 3 mövzu ətrafında qurulmuşdu:

  1. Avropanın sənayedə rəqabətlilik amilinin üzləşdiyi problemlər və onları aradan qaldırılmanın yolları
  2. Sənayedə rəqabətlilik amilinin digər sahələrdə inkişafı yolları
  3. Avropada rəqabətliliyi artırmaq üçün struktur islahatlarının idarəetmə və monitorinqinın təkmilləşdirilməsi yolları

Aparılan müzakirələrın nəticəsi olaraq, nazirlər rəqabətlilik və innovasiyaların artırılması və Avropada biznes sahibləri üçün müəyyən öhdəliklərin yüngülləşdirilməsi təşəbbüsləri ilə Avropa Komissiyasına müraciət etdi.

Onlar həmçinin Komissiyaya təklif olunan təşəbbüslərinin potensial nəticələrini qiymətləndirmə sənədlərinin daha dəqiq və səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar. Bu sənədlərə əsasən, sənayedə rəqabətlilik daha dəqiq araşdırılmalı və pay sahibləri ilə bağlı hər hansı qərar qəbul etməzdən öncə qanun layihəsinin ilkin forması onlara təqdim olunmalıdır.

“Avropa 2020” strategiyası

Avropa İttifaqı Şurası həmçinin Avropa 2020 strategiyasının növbəti dəfə nəzərdən keçirilməsi barədə müzakirələr apardı. Qeyd edək ki, bu strategiya 2010-ci ildən qüvvəyə minib və Avropada iqtisadi inkişafı artırmaq, yeni iş yerlərinin yaratmaq və sosial inteqrasiyanı təbliğ etməkdən ibarətdir.

Bir çox nazirlər yeni strategiyanı iqtisadi artıma dəstək və sənayedə rəqabətliliyin artımının sürətləndirməsi üçün bir fürsət olaraq görürlər. Strategiyanın yenidən baxilması zamanı, onlar iki əsas məqama diqqət yetirdilər.

  • maliyyə bazarları və real iqtisadiyyatın arasında daha güclü bağlılıq
  • Aİ-da vahid bazar və sənayedə rəqabətlilik amilinə əsaslanan daha güclü iqtisadi idarəetmə

Strategiyanın müzakirəsi zamanı nazirlər araşdırma və innovasiyalara sərmayə yatırımına da diqqət ayırdılar.

İtalyan höküməti növbəti aylar ərzində strategiyanın icrası ilə bağlı Şuranın müxtəlif konfiqurasiyalı müzakirələr həyata keçirməsini təklif etdilər. Bu müzakirələrin nəticələri yekun hesabat şəklində dekabr ayının sonu Aİ liderlərinə təqdim ediləcək. Sözügedən hesabat Avropa Komissiyasına cari boşluqlar haqqında daha geniş məlumat verəcək.

Komissiya may ayında strategiyanın nəzərdən keçirilməsi üçün ictimai məsləhətləşmələrə başlayıb və 2015-ci ildə xüsusi təkliflərlə çıxış edəcəyi gözlənilir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib