SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
29 Sentyabr 2014 | 10:33
"Air-France" pilotları tətilə son verdilər
A
A
print
Baxılıb: 528

"Air France" hava yolları şirkəti sentyabrın 30-dan etibarən uçuşların tədricən qaydaya düşəcəyini bildirib. Bu barədə "France 24" xəbər verir.

Qeyd edək ki, pilotlar şirkətin ucuz "Transavia" filialına köçürülmə planlarına etiraz olaraq sentyabrın 15-dən tətil edirlər. "Transavia" filialı əsasən Avropa və Aralıq dənizi boyunca sərnişin nəqliyyatı ilə məşğuldur. Etirazçılar ildə 250 min avroya yaxın pul qazanan "Air France" pilotlarının daha ucuza işləyən "Transavia" pilotları ilə əvəz olunmasından narahatdırlar.

SNPL - Pilotlar İttifaqının nümayəndəsi Qiyom Şmidin AFP agentliyinə bildirdiyinə görə, pilotlar tətilə son qoymaq qərarına gəliblər. Etirazlar "Air France" şirkətinə 200 milyon avrodan baha başa gəlib. Bununla yanaşı, ucuz "Transavia" filialının gələcəyi ilə bağlı şirkətin danışıqlarını sakit mühitdə davam etdirmək mümkün olacaq.

Pilotlar "Transavia" filialında pis şəraitli işdə çalışmamaq üçün bütün "Air France-KLM" filiallarının "vahid müqavilə"si olmasını tələb edirlər.

Hökumət dəfələrlə tətilin dayandırılmasını tələb edib. Baş nazir Manuel Vals bildirib ki, bu, Fransa haqqında təsəvvürləri korlayır, tətildən cana doyan turistlər çox hiddətləniblər. Etirazların sona çatması xəbərindən sonra Vals bildirib ki, "Air France" müştərilərin inamını qazanmaq üçün hərəkətə keçməlidir. "Air France" hər kəsin etibarını qazanmalı və dərhal gələcək inkişafla, xüsusən "Transavia" filialı ilə bağlı planlara davam etməlidir. Ucuz hava sərnişindaşıma nəqliyyatı bazarının inkişafı fonunda bu filialın yeri  danılmazdır", – o deyib.

Pilotların 2 həftəlik tətili ərzində uçuşların 41%-i həyata keçirilib. "Air France-KLM" şirkətinin rəhbəri Aleksandr dö Junyak Fransanın gündəlik "Le Monde" qəzetinə müsahibə verib. O, "plan üzrə ətraflı dialoqun aparılmasına və ittifaqlarla zəruri öhdəliklərin işlənib-hazırlanmasına vaxt qazanmaq üçün "Transavia" filialı üzrə xidmətlərinin təxirə salınmasını təklif edib. Buna baxmayaraq, o, "Air France - KLM" şirkətinin ucuz hava sərnişindaşıma nəqliyyatına keçiddə israrlı olduğunu bildirib.

SNPL - Pilotlar İttifaqı son təklifə qarşı çıxıblar. Pilotlar İttifaqı bildirib ki, bunlar gözə kül üfürməkdən savayı bir şey deyil, əvvəlki təkliflərdən fərqlənmir və heç bir problemi həll etmir. SNPL mübahisənin həlli üçün Fransa baş naziri Manuel Valsa da müraciət edib. "Danışıqlar çıxılmaz bir vəziyyətə gəlib çatıb. Rəhbərlik vaxt qazanmağa çalışır və etirazların zəifləməsini gözləyir", – SNPL bəyanatında bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib