SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
23 Oktyabr 2014 | 16:41
Ukrayna mallarının Aİ-yə gömrüksüz ixracı davam edəcək
A
A
print
Baxılıb: 869

Oktyabrın 23-də Avropa Parlamenti Strasburqda keçirilən plenar sessiyada Ukraynanın Avropa İttifaqı (Aİ) bazarına ixracatlarını 2015-ci ilin sonunadək gömrük vergisindən azad etmək qərarını qəbul ediblər. Qərar 497 səslə qəbul olunub. Qanunun əleyhinə 78 nəfər səs verib, 56 avroparlamentari isə bitərəf qalıb.

“Hazırki vəziyyəti nəzərə alaraq, Ukrayna ilə ticari əlaqələrin sadələşdirilməsi qərarı, Avropa İttifaqıının qətiyyətlə və zamanında addım atmasının bariz göstəricisidir. Bu, həmçinin bizim siyasi iradəmizin və mənəvi məsuliyyətimizin sübutudur”, - deyə məruzəçi, latviyalı avroparlamentari Gabrielius Landsbergis bildirib. O, həmçinin əlavə edib ki, Ukraynalı istehsalçılar və şirkətlər beləliklə 2016-ci ildə başlanacaq Dərin və Müfəssəl Azad Ticarət Zonasının (DMATZ) tətbiqinə hazırlaşmaq imkanını əldə edəcəklər.

Xatırladaq ki, birtərəfli şəkildə ixrac olunan Ukrayna mallarının gömrük vergisindən azad edilməsi qərarı ilk dəfə 2014-cü ilin aprelində, Rusiyanın Ukrayna üçün öz bazarını bağlamasından sonra qəbul edilmişdi.  İlk mərhələdə qərarın tətbiq müddəsi yarım il nəzərdə tutulmuş və Aİ-Ukrayna Assosiasiya Müqaviləsi və DMATZ-ın ratifikasiyası nəticəsində artıq qarşılıqlı bazar açılması ilə əvəz olunmalı idi.

Lakin sentyabrın 12-də Ukrayna və Rusiya ilə danışıqlardan sonra, Avropa İttifaqı Aİ-Ukrayna azad ticarət zonasının qüvvəyə minməsini 31 dekabr 2015-dək təxirə salmağa razılaşmışdı.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib