SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
26 Oktyabr 2014 | 13:49
İtalyanlar Rentsinin sərt əmək islahatlarına etiraz edirlər
A
A
print
Baxılıb: 816

Minlərlə italyalı baş nazir Matteo Rentsinin əmək bazarında apardığı islahatlara qarşı etirazını göstərmək məqsədi ilə oktyabrın 25-də Romada nümayiş keçirib. İslahatlar əsasən işsizliyin həll yolları və İtaliyanın durğun iqtisadiyyatına canlanma gətirmək istiqamətindədir. Bu haqda “Deutsche Welle” yazır.

Nümayişçilər İtaliyada ən böyük birlik olan “CGIL”in loqotipini daşıyan qırmızı rəngli bayraqlarla paytaxt küçələrinə axışaraq, yeni iş yerlərinin yaradılması və işçilərin təhlükəsizliyinin artırılması ilə bağlı şüarlar səsləndiriblər.

Qeyd edək ki, etirazçılar Rentsinin təklif etdiyi böyük şirkətlərin ölkəyə sərmayə yatırımını artırmaq məqsədi ilə irəli sürdükləri planların sırf gənclər üzərində qurulmasına qarşıdırlar. Onların fikrincə, bu gedişat işçiləri işdən azad etmək üçün seçilmiş bir oyundur.

“Biz hər kəsin işlə təmin olunmasını istəyirik. Bu nümayiş hər bir işsiz fərdin nümayişidir - o kəslər ki işsizdir, hüquqsuzdur, o kəslər ki, gələcəyə inamsızdır. Biz ona görə burdayıq ki, mübarizik, güclüyük və hökuməti bizi eşitməyə məcbur edəcəyik”, - deyə “CGİL”in sədri Suzanna Kamusso bildirib.

İtaliya avrozonanın 3-cü ən böyük ölkəsi olsa da, işsizlik faizi bu ölkədə yüksəkdir. Bundan əlavə, gənclər arasında işsizliyin 44.2% olması ölkədəki vəziyyət haqda bütöv təsvir yaradır.

Sistemin yenilənməsi planı

39 yaşlı baş bazir Rentsi mərkəz-sağ partiyası olan Demokratik Partiyadan dəstək aldıqdan sonra sırf gəncləri yeni iş yerləri ilə təmin etmək istiqamətində əmək bazarında islahatlar aparmağa başladı.

2007-ci ildə baş vermiş maliyyə böhranından sonra İtaliya iqtisadiyyatı 9% gerilədi. Rentsinin planına əsasən, yaşlı nəsil daha təhlükəsiz işlərdə, cavan nəsil isə təhlükəsizlik faizi çox az olan işlərdə yerləşdirilməlidir.

Baş nazirin müavini Ancelino Alfano “Birlik üzvləri bizə qarşıdır. Lakin biz keçmişi qorumaqla yanaşı, gələcəyi də qurmaq niyyətindəyik”, - deyə açıqlama verib.

İqtisadçılar və Aİ liderləri, o cümlədən alman kansleri Angela Merkel yeni islahatları alqışlayırlar. Lakin nümayişçilər bu islahatların tam əleyhinədirlər.

Etirazın yaranmasının əsas səbəbi 18-ci müddəadakı dəyişiklikdir. Belə ki, “CGİL” Rentsini keçmiş baş nazir Marqaret Tetçerə bənzədərək, onun da işçilərin və ticarət birliklərinin hüquqlarını azaltmaq yönündə addımlar atdığını vurğulayıb

“Rentsi və onun hökuməti həmişəki kimi siqnal qəbul edicilərini açıq saxlayıblarsa, o zaman onlar bilməlidir ki, İtalya xalqı onların siyasəti ilə razı deyil”, - deyə “FİOM” birliyinin baş katibi Maurizio Landini bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib