SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
26 Oktyabr 2014 | 14:15
Kemeron Aİ-yə 2 milyardlıq hesabı ödəməkdən imtina edir
A
A
print
Baxılıb: 845

Britaniyanın baş naziri Devid Kemeron Aİ-nin onun üçün təyin etdiyi 2.1 milyard avroluq bücə ödənişini ödəməkdən boyun qaçırmaq istəyir. Bu haqda “EUobserver” yazır.

24 oktyabrda keçirilən post-sammit mətbuat konfransında çıxış edən Kemeron bu ödənişin tamamilə haqsız və ədalətsiz olduğunu vurğulayıb. O, bu hesablamaların necə və hansı yollarla aparıldığına dair sualına tutarlı cavab almamasından şikayətlənib.

“Bu davranış sadəcə qəbul edilməzdir. Böyük Britaniya çek dəftərini çıxarıb, Aİ-yə 2.1 milyardlıq bəxşiş vermək fikrində deyil”, - deyə o bildirib.

Böyük Britaniya kimi ödəniş etməli olan 9 ölkə liderləri bu hesablamaların necə aparıldığına əmin olmaq üçün növbəti həftə maliyyə nazirlərinin görüşlərinin keçirilməsi razılığına gəliblər.

Hesablamalara görə, Britaniya 2.1 milyard, Niderland və İtaliya əlavə 640 milyon və 340 milyon, Bolqarıstan, Kipr, İrlandiya, Latviya və Malta da müvafiq olaraq əlavə ödənişlər etməlidirlər. Geriyə qalan 19 ölkə isə daha az büdcə ödənişi edəcək.

Fransa və Almaniyanın vəziyyəti isə onlar üçün elə də ürəkaçandır. Belə ki, onlar bu il 1 milyard və 780 milyon avro endirim qazanıblar.

İtaliya baş naziri Matteo Rentsi də britaniyalı həmkarı kimi bu rəqəmlərdən narazıdır və “bu sadəcə rəqəmlər deyil, öldürücü silahdır”, - deyə bildirib.

Aİ-nin statistika mərkəzi olan “Eurostat” bu il ÜDM-nin 2.5% artacağını qeyd edib. Bu artım isə fahişəlik və nartotik satışı sektorlarından gələn rəqəmlərlə bağlıdır.

Ümumi vəziyyət Britaniya lideri üçün heç də ürəkaçan deyil. Belə ki, o, müxalif partiyaya parlamentdəki ikinci yeri də artıq uduzmaq üzrədir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib