SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
27 Oktyabr 2014 | 11:20
Avropa Mərkəzi Bankı 25 bankın fəaliyyətini pis qiymətləndirib
foto: Flickr
A
A
print
Baxılıb: 990

Oktyabrın 26-da Avropa Mərkəzi Bankı (ECB) avrozonanın 130 bankı arasında apardığı ani yoxlamalarla bağlı hesabat yayıb. Mühasibat balansı üzrə hesabata görə, əksəriyyəti profilaktik tədbir görsə də, 25 bankın fəaliyyəti pis qiymətləndirilib. Ən çox çatışmazlıq İtaliya, Kipr və Yunanıstan banklarında qeydə alınıb. İtaliyanın "Monte dei Paschi di Siena" bankında 2,11 milyard avro kapital çatışmazlığı aşkar edilib. Bu barədə "Deutsche Welle" xəbər verir.

Növbəti maliyyə böhranına davam gətirmək üçün avrozonada 13 bankın kifayət qədər kapitalı olmadığı üzə çıxıb.

ECB bildirib ki, ötən il dekabrın 31-dən etibarən aparılan iki mərhələli yoxlamada 25 bank pis nəticə göstərib, 12 bank o vaxtdan bəri öz kapital buferini artırıb. Qalan 13 bank isə potensial itkilərdən qorunmaq üçün öz kapitalını 10 milyard avro (12,6 milyard dollar) artırıb. Həmin 13 bank 2 həftə ərzində Avropa Mərkəzi Bankına öz planları barədə hesabat verməlidirlər.

Qeyd edək ki, 7 il əvvəl qitədə borc böhranı bir sıra ölkələrin iqtisadiyyatına ziyan vurdu, bəziləri demək olar ki, müflis oldular. Buna baxmayaraq, avrozona iqtisadiyyatı ilə bağlı yoxlamanın nəticəsi gözləniləndən yaxşı olub. Bəzi ölkələr daha yaxşı nəticə göstəriblər.

24 alman bankından təkcə "MünchenerHyp" bankı ECB tələblərinə cavab verməsə də, o vaxtdan bəri öz vəziyyətini yaxşılaşdırıb. Yunanıstan və Kiprdən hərəyə 3, Belçika və Sloveniyadan hərəyə 2, Fransa, Avstriya, İrlandiya və Portuqaliyanın hərəsindən 1 bank ECB tələblərinə cavab verməyib.

Noyabrın 4-dən etibarən ECB avrozona banklarına nəzarəti öz üzərinə götürəcək. Ona görə də ECB qabaqcadan İttifaqın zəifləyən iqtisadiyyatının gücünü və etibarlılığını yoxlayır. Mərkəzi Bank hesab edir ki, yoxlama sistemdə görünməyən problemləri üzə çıxaracaq. Bununla da, milli hökumətlərin müdaxiləsi nəticəsində əsas bankların müflislikdən qurtulması ilə növbəti maliyyə böhranının qarşısı alınacaq. Həmçinin pula ehtiyacı olan kimi üzünü banklara tutan xırda və orta şirkətlərə kredit axını yavaşlayacaq.

"Nəticələr göstərir ki, kredit məhdudiyyəti iqtisadi dirçəlişə mane olmayacaq", - ECB-nin vitse-prezidenti Vitor Konstansio bildirib.

Avrozonada iqtisadi inkişafın tədricən yavaşıdığı bir vaxtda kreditə tələbat böyükdür. 18 avrozona üzvü 4 rübdən sonra nisbətən özlərinə gəlsə də, 2-ci rübdə heç bir inkişaf müşahidə olunmayıb.

"Hesab edirəm ki, "yükləmə sınağı" mühüm bir nailiyyətdir və qeyri-müəyyənliyə son qoyacaq. Buna baxmayaraq, bəzi həll olunmamış vacib məsələlər var. Cənubi Avropada xırda və orta şirkətlərin kredit çatışmazlığını təkcə "yükləmə sınağı" ilə həll etmək olmaz", - Almaniyanın DIW iqtisadiyyat institutunun rəhbəri Marsel Fratsşer bildirib. Fratsşer həmçinin əksər bankların ECB-nin aşağı faizli kreditinə ehtiyacı olduğunu vurğulayıb.

ECB-nin yoxlamaları bir çox bankları çətin vəziyyətdə qoyub. Ötən il indiki 25 milyard avroluq çatışmazlığın təxminən yarısı qədər çatışmazlıq olub. Ona görə də vaxtında ödənilməyən kreditlərin həcmi 136 milyard avrodan 879 milyard avroya yüksəlib.

Yoxlamanın "aktivlərin keyfiyyəti" adlı 1-ci mərhələsində 2013-cü ilin dekabrın 31-dən bankların mühasibat balanslarında aktivlər qiymətləndirilib. 1-ci dərəcəli kapitalı riskli aktivlərin azı 8%-nə bərabər olan banklar sınaqdan keçmiş hesab olunur. Yoxlamanın 2-ci mərhələsinə (daha mənfi ssenari üzrə) görə, kapital azı 5%-ə bərabər olmalıdır.

Bundan əlavə, ECB auditlərə xüsusi diqqət yetirməyə başlayıb. Avropa banklarının əvvəlki 2 yoxlaması zamanı bəzi bankların sonradan müflis olacağı üzə çıxıb. Avropa Bank Nəzarəti Xidməti (EBA) də avrozona xaricindəki banklar üçün "yükləmə sınağı" aparıb. Britaniya, Danimarka, İsveç, Norveç, Macarıstan və Polşada heç bir bankda kapital çatışmazlığı aşkar olunmayıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib