SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
27 Oktyabr 2014 | 11:26
Macarlar internet vergisinə etiraz edir
foto: Reuters
A
A
print
Baxılıb: 882

Oktyabrın 26-da on minlərlə macar Budapeştdə aksiya keçirib. Etirazçılar internet istifadəsinə görə vergi tətbiq olunmamasını tələb ediblər. Tənqidçilər bunu baş nazir Viktor Orbanın anti-demokratik addımı kimi qiymətləndiriblər. Xəbəri "France 24" yayıb.

"İnternet vergisi olmayacaq, bunun qarşısını alacağıq. 48 saat ərzində vergi təklifi ləğv olunmasa, geri qayıdacağıq", - təşkilatçı Balas Qulyas izdiham qarşısında bildirib. İqtisadiyyat Nazirliyi önünə toplaşanlar bu yaxınlarda Honqkonqdakı demokratiya aksiyasındakı kimi smartfonların fənərlərini yandırıblar. Aksiyaçılar "sərbəst "Wi-Fi", azad internet, azad Macarsıtsan" şüarları səsləndiriblər.

Oktyabrın 21-də iqtisadiyyat naziri Mixali Varqanın bildirdiyinə görə, hökumət hər 1 gigabaytlıq internet paketinə görə 150 forint (0,5 avro) vergi tətbiq olunmasını planlaşdırır. Məqsəd Aİ-nin ən çox borclu olan ölkəsinin 2015-ci il büdcəsinə kömək etməkdir. Nazir bildirib ki, vergi telefon xəttindən internetə yönəldildiyi üçün ədalətlidir.

Orban həmişə avtoritarlıqda ittiham olunur. Təşkilatçıların "AFP" agentliyinə bildirdiyinə görə, məqsəd onlayn mətbuatdan istifadə edən hökumət tənqidçilərinə mane olmaqdır. Digərləri hesab edir ki, bu addım xırda şirkətlərə ziyan vuracaq, həmçinin yoxsul təbəqənin təhsil materiallarına və informasiyaya çıxışını məhdudlaşdıracaq.

"Əksər ölkələrdə insanların internetə çıxışı asanlaşdırılır, bizdə isə əksinədir", - 55 yaşlı Yudit Naqi-Korsa "AFP" agentliyinə bildirib.

Yeni vergi Brüsseldə də narahatlığa səbəb olub. Aİ-nin rəqəmsal texnologiya üzrə komissarı Neli Kroes "tvitter"də bunu "istifadəçilər və macar hökuməti üçün biabırçılıq" adlandırıb.

Orbanın "Fides" partiyası sonradan aylıq ödənişin əhali qrupu üçün 700 forintlə (2,3 avro), şirkətlər üçün 5000 forintlə məhdudlaşdırılmasını təklif etsə də, etiraz sakitləşməyib. Aksiyadan sonra paytaxtın əsas küçəsi ilə geri qayıdan aksiyaçılar "Orban, çıx get!", - deyə səsləniblər.

Qeyd edək ki, 51 yaşlı Orban apreldə 2/3 səs çoxluğu ilə yenidən hakimiyyətə gəlib. ABŞ korrupsiyada şübhəli bilinən hökumət rəsmilərinə viza qadağaları tətbiq etdikdən sonra son  günlərdə Orbana təzyiqlər artıb. Bundan əlavə, oktyabrın 25-də Budapeştdə ABŞ diplomatları Macarıstanda hüquq normasının zəifləməsi, vətəndaş cəmiyyətinə təhdidin geniş yayılması ilə bağlı xəbərdarlıq ediblər.

Aksiyada bəzi insanlar əllərində Aİ və ABŞ bayraqlarını, üzərinə "mafiya hökuməti" yazılan şüarları da dalğalandırıblar.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib