SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
28 Oktyabr 2014 | 12:37
Fransa yeni büdcə tədbirləri görür
A
A
print
Baxılıb: 863

Oktyabrın 27-də Fransa büdcə defisitini 3,6 milyard avroya çatdırmaq üçün "yeni tədbirlər" görəcəyini bildirib. İndiyədək Aİ-nin büdcə defisiti tələblərinə cavab verməyən Fransa İttifaqı razı salmağa çalışır. Bu barədə "France 24" xəbər verir.

Paris bəyan edib ki, 2015-ci ildə büdcə defisiti iqtisadi məhsulun 4,3%-i həcminə çatacaq. Bu isə Aİ-nin üzv ölkələr üçün müəyyənləşdirdiyi 3%-lik həddən çox yüksəkdir. Brüssel bu dəfə də Fransadan öz büdcəsinə dəyişiklik etməyi tələb edə bilər.

Qeyd edək ki, Fransa sentyabrda gələn il Aİ-nin 3%-lik büdcə defisiti tələbinə cavab verməyəcəyini elan etmişdi. Bu isə digər Avropa ölkələrinin təəccübünə səbəb olmuşdu. Fransa bu hədəfə 2017-ci ilin növbəti prezident seçkilərinədək çatacağını bildirmişdi. Bu isə avrozonanın 2-ci ən böyük iqtisadiyyatı olan ölkəni Brüsellə qarşı-qarşıya qoyub.

Oktyabrın 27-də maliyyə naziri Maykl Sapin bildirib ki, kredit faizlərinin azalması ilə bağlı "yaxşı xəbərlər" var. Bu, ölkənin borcdan qurtulmaq üçün xərclərini azalda bilər, həmçinin Fransa öz büdcə defisitini qaydaya sala bilər. "Hesab edirəm ki, Fransa Aİ qaydalarına riayət etmək üçün müəyyən məsələlərdə dəyişiklik təklif edir", - o deyib. Onun sözlərinə görə, Fransa gələn il ümumdaxili məhsula nisbətdə struktur defisitinin azı 0,5% azalmasına çalışır. Ölkənin əsas defisiti olan struktur defisitdə iqtisadi dövriyyədəki bütün çətinliklər nəzərə alınır.

Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Yurki Kataynen Aİ-nin büdcə defisiti həddini aşdığına görə, dəfələrlə Parisdən izahat tələb edib.

Fransanın iqtisadiyyat naziri Emmanuel Makron sentyabrda 10%-dən yuxarı işsizliyi azaltmaq və durğun inkişafı canlandırmaq üçün təxirəsalınmaz islahatlar təklif edib. "Fransa "xəstə"dir. Hər şeyi olduğu kimi demək lazımdır", - Makron Fransa radiosuna bildirib.

Ayın əvvəlində "Standart and Poor" reytinq agentliyi Fransa iqtisadiyyatının reytinqini "stabil"dən "neqativ"ə endirib. Bu isə Fransa iqtisadiyyatına inamı azaldıb. Agentlik Fransanın "AA" statusunu saxlayıb, lakin bildirib ki, Fransa lazımi islahatlar aparmasa, növbəti 2 il ərzində bu reytinq aşağı düşəcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib