SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
14 Noyabr 2014 | 10:30
Nazirlər gələn ilin Aİ büdcəsini müzakirə edəcəklər
A
A
print
Baxılıb: 847

Aİ qanunvericiləri İttifaqın büdcə xərclərini müzakirə edəcəklər. Noyabrın 14-də maliyyə nazirləri bununla əlaqədar Brüsseldə toplaşacaqlar. Xəbəri "EUobserver" yayıb.

Gündəliyin əsas məsələsi İttifaqın 2015-ci il büdcəsi üzrə Avropa Parlamenti ilə razılığa gəlməsidir. Aİ-nin 2 qanunverici orqanının təklifi arasında 6 milyard avroluq fərq var. Üzv ölkələr büdcə xərclərini 140 milyard avro ilə, parlamentarilər isə 146,4 milyon avro ilə məhdudlaşdırmaq istəyirlər. Aİ Komissiyası isə 142,1 milyard avro təklif edir.

Komissiyanın cari və ötən il üçün qalan borclarını ödəmək üçün əlavə maliyyə resursu yaratmaq məqsədilə bu ilin büdcəsinə düzəlişlər də müzakirə olunacaq. Nazirlərin görüşünə sədrlik edən İtaliyanın Aİ sədrliyini təmsil edən mənbələr bildiriblər ki, hökumətlər əlavə maliyyə resursları ilə bağlı öz aralarında razılığa gəliblər. Razılıqdan əlavə, Parlament də bunu təsdiqləməlidir. Parlamentarilər bildirirlər ki, bu ilin sonunadək borclar 28 milyard avroya çatacaq. Qeyd edək ki, mövcud hesablar üzrə borc məsələsi həll olunmamış 2015-ci ilin büdcə xərcləri planını yekunlaşdırmaq olmaz.

Nazirlər çalışacaqlar ki, Aİ büdcəsinə yüksək məbləğdə pul ödəyən 9 ölkə özlərinə düşən payı gələn ilin sentyabr ayınadək yeni statistik metodla ödəsinlər. Ötən ay Aİ sammitində Britaniya və Hollandiyaya müvafiq olaraq 2,1 milyard avro və 640 milyard avro təklif olunduqdan sonra Komissiya bu qərara gəlib.

Qanunvericilər dekabrın 17-dək artıq büdcə məsələsində razılığa gəlməlidirlər. Strasburqda qərarlaşan Avropa Parlamenti isə bunu təsdiqləməlidir. Bu alınmasa, Aİ hər ay 2014-cü ilin inflyasiya göstəricilərinə əsasən tənzimlənmiş büdcə planına uyğun fəaliyyət göstərəcək.

Parlamentarilərlə nazirlər arasında bu cür mübahisə Brüsseldə Milad öncəsi ənənəyə çevrilib. Nazirlər həmişə Aİ büdcə xərclərini azaltmağa çalışırlar, parlamentarilər isə adətən bunun Komissiyanın təklif etdiyindən çox olmasını istəyirlər.

Ötən ay büdcə məsələsində razılıq olmadığı üçün Aİ qurumları bir-birləri ilə 3 həftəlik barışıq proseduruna keçiblər. Bazar günü 3 həftə tamam olur, lakin parlamentarilər və hökumətlər heç cür razılığa gələ bilməyiblər. "Heç vaxt son anadək razılıq alınmır. Alınsa, müzakirədə iştirak edənlərin iradəsi ilə sonda məntiq üstün gələcək", - noyabrın 13-də Aİ mənbəyi bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib