SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
14 Noyabr 2014 | 10:56
Yunker komissiyasının 2-ci kollegiya yığıncağı keçirildi
A
A
print
Baxılıb: 911

Aİ Komissiyası artıq 2015-ci ilin işçi proqramının icrasına hazırlıq işləri görür. Bu dəfə ölkələrin İttifaq büdcəsinə ödənişi ilə bağlı qaydalara dəyişiklik və Ukraynaya dəstəyin artırılması prioritet məsələ olacaq.

Yunker komissiyası Avropa iqtisadiyyatı və cəmiyyətlərinin qarşılaşdığı ciddi çətinliklərin öhdəsindən gəldiyini nümayiş etdirməklə, yenidən vətəndaşların etibarını qazanmağa çalışır. Bu məqsədlə Komissiya 2015-ci il üçün ən doğru prioritetlərlə işə başlayıb. Komissiyanın işçi proqramı Yunker komissiyasının Avropa Parlamenti ilə siyasi müqaviləsini, siyasi təlimatın 10 bəndini və Aİ Şurasının dəyişikliklər üçün strateji gündəliyini konkret yekun sənədlərdə əks etdirəcək.

Kollegiya yığıncağından sonra Komissiyanın birinci vitse-prezidenti Frans Timmermans deyib: "Aİ boyunca hər kəs dəyişiklik arzusundadır. Hamı istəyir ki, Avropa ən böyük problemlərin həllinə - cəmiyyətdə ədalət, işsizlik, inkişaf məsələlərinə yönəlsin. Yeni komissiya daha düzgün prioritetlərlə və bunların həlli üçün ən yaxşı üsullarla işə başlamaqda iddialıdır. İlk işçi proqramımızda nəzərdə tutulan konkret təşəbbüslər vətəndaşlar üçün müsbət dəyişikliyə səbəb olacaq".

Aİ Komissiyası üzv ölkələrin İttifaqın büdcəsinə ödənişlərlə bağlı qaydalarına dəyişiklik edilməsini təklif edib. Yeni hesablama metoduna əsasən, bəzi ölkələr büdcəyə əlavə pul ödəməli olacaqlar. Bu dəyişikliklərə görə, gələn ilin sentyabrın 1-dək həmin ölkələr özlərinə düşən payı ödəməlidirlər.

Nəhayət, Aİ Komissiyası makro-maliyyə yardımının (MFA) tərkib hissəsi kimi Aİ adından Ukraynaya 260 milyon avro pul ayırıb. Bu ilki 2 MFA proqramı vasitəsilə Komissiya daha əvvəl ölkəyə 600 milyon avroya yaxın pul ayırmışdı. Cari MFA proqramları üzrə Ukrayna üçün əlavə 750 milyon avro da nəzərdə tutulub. Komissiya həmçinin Ukraynada münaqişədən zərər çəkənlər və təhlükədə olanların ilkin ehtiyacını ödəmək üçün humanitar yardımları artırır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib