SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
20 Noyabr 2014 | 10:52
Aİ-dən süd tədarükçülərinə 28 milyon avroluq yardım
A
A
print
Baxılıb: 812

Aİ Komissiyası noyabrın 18-də Estoniya, Latviya, Litvadakı süd tədarükçüləri üçün 28 milyon avroluq yardım edəcəyini bildirib. Bu, Rusiyanın Aİ-dən kənd təsərrüfatı məhsulları idxalına qadağası ilə bağlı Komissiyanın atdığı növbəti addımlardandır. Bu barədə Avropa Parlamentinin rəsmi vebsaytında xəbər verilir.

Aİ-nin kənd təsərrüfatı və regionların inkişafı üzrə komissarı Fil Hoqan: "Rusiya bazarına investisiya qoyan 3 Baltik ölkəsinə qiymətlərin düşməsi ilə ciddi ziyan dəyməsindən xəbərdaram. Böhran başlayandan bəri əvvəlki illərlə müqayisədə Rusiyaya milli məhsul ixracı azalıb, qiymətlər isə aşağı düşüb. Xüsusən Latviya, Litva və Estoniyada süd məhsulları sektoru ciddi ziyan çəkib. Ona görə də Komissiyanın bu ölkələrin hər biri üçün maliyyə yardımı göstərməsindən şadam. Bu addım Rusiyanın sanksiyası nəticəsində xüsusi hallarda aktivlərin idarə olunmasında çətinlik çəkən fermerlərə kömək edəcək".

Qeyd edək ki, 2013/2014-cü il süd məhsulları istehsalındakı paylarına müvafiq olaraq, Estoniya üçün 6,9 milyon avro, Latviya üçün 7,7 milyon avro, Litva üçün 14,1 milyon avro ayrılacaq.

Qısa arayış

Bu il Komissiya şaftalı və nektarin (tüksüz şaftalı), tez korlanan meyvə-tərəvəz və süd məhsullarının saxlanması ilə bağlı tədbirlər görüb, eləcə də həvəsləndirmə tədbirləri üçün 30 milyon avro ayırıb. Bugünkü tədbirlər Aİ Komissiyasına verilmiş xüsusi səlahiyyət daxilindədir. Noyabrın 20-də ekspertlərlə məsləhətləşdikdən sonra Komissiya tədbirlərin həyata keçirilməsini təsdiqləyəcək.

Aİ-nin kənd təsərrüfatı və regionların inkişafı üzrə komissarı Fil Hoqanın video bəyanatını Komissiyanın onlayn audiovizual xidmətlər bölməsində izləmək mümkündür.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib