SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
26 Noyabr 2014 | 11:02
Avropa Parlamenti üzv ölkələri büdcə ilə bağlı razılığa çağırır
A
A
print
Baxılıb: 825

25 noyabr müzakirələrində parlamentarilər Aİ-nin 2014-cü il büdcəsinin tamamlanması və 2015-ci il büdcəsi üzrə razılıq əldə olunmamasından məyus olduqlarını bildiriblər. Parlamentarilər üzv ölkələri siyasi iradə toplayaraq 2014-cü il üçün yığılıb qalan büdcə ödənişlərini həyata keçirməyə çağırıblar. Noyabrın 28-də yeni büdcə layihəsi təqdim olunduqdan sonra müzakirələr davam edəcək.

"Aİ Şurasının öz probleminin (ümummilli gəlirə əsasən, üzv ölkələr arasında Aİ büdcəsinə ödənişlərin bölgüsü) həllinə niyə bu qədər çox vaxt sərf etməsini anlamırıq. 2014 və 2015-ci il üçün münasib büdcə ilə bağlı razılığa gəlmək borcumuzdur", - 2014-cü il üzrə büdcə məruzəçisi Gerard Deprez (ALDE, Belçika) bildirib.

Parlamentarilər təkidlə bildiriblər ki, 2015-ci ilin büdcəsinin müzakirəsindən əvvəl 2014-cü ilin yarımçıq qalmış ödənişləri tamamlanmalıdır.

Hərə öz borcunu ödəsin

"Təklifimiz aydındır: Borcumuz nədirsə, onu da ödəməliyik. Biz vətəndaşlara, təşkilatlara tələbələrə ödənişləri gecikdirə bilmərik. 28 milyard avrodan çox pul ödənilməlidir, bu dəhşətdir. Parlament bu pulların ödənilməsi üçün təklifləri dinləməyə hazırdır. Bunun üçün Aİ Şurasından təkcə siyasi iradə tələb olunur", - 2015-ci ilin büdcə məruzəçilərindən Eider Gardiazabal Rubial (S&D, İspaniya) bildirib.

2010-cu ildən 2014-cü ilin sonunadək ödənilməyən pullar 5 milyard avrodan 28 milyard avroya çatıb. Parlamentarilər Komissiyaya ödənilməmiş pulların tədricən azaldılması üçün plan hazırlamağı təklif ediblər.

Ən vacib ödənişlər üçün pulumuz var

"Heç kəs anlamaq istəmir ki, bizdə pul olsa da, ödəyə bilmirik, çünki üzv ölkələr pulu özlərində saxlamağa üstünlük verirlər", - 2015-ci ilin büdcə məruzəçilərindən Monika Hohlmayer (EPP, Almaniya) bildirib. O, əsasən cərimələrdən gələn 5 milyard avroluq gözlənilməz gəlirlərə istinad edib. Üzv ölkələr isə Komissiyanın hesabladığı 4,7 milyard avroluq ən vacib ödənişləri həyata keçirmək üçün bu puldan istifadə etmək istəmirlər.

Aİ Şurasının axırıncı gündə işə başlaması yolverilməzdir

Bu il Parlamentin Aİ Şurası ilə müzakirələri xüsusən çətin keçib. Belə ki, Aİ Şurası öz mövqeyini bildirmək üçün ona verilən 21 günlük müddətin sonuncu günündə işə başlayıb.

"Əslində ikipartiyalı büdcə komitəsinin yarısı fəaliyyət göstərib. Üzv ölkələrin heç bir mandatsız öz nümayəndələrini müzakirələrə göndərməsi yolverilməzdir", - büdcə komitəsinin sədri Jan Arthuis (ALDE, Fransa) bildirib.

Növbəti addımlar

Noyabrın 28-də Aİ Komissiyası yeni büdcə layihəsini təqdim edəcək. Növbəti 2 həftə ərzində isə Aİ Parlamenti və Aİ Şurası bunu müzakirə edəcəklər. Razılaşdırılmış layihə dekabrda Parlamentin sonuncu plenar sessiyasında səsə qoyulacaq.

2015-ci il yanvarın 1-dək razılıq əldə olunmasa, Aİ "şərti 12-də 1" qaydasını tətbiq edəcək, yəni 2014-cü il büdcəsinin 12-də 1-i, yaxud nisbətən aşağı hesablanmış 2015-ci ilin büdcə layihəsinə uyğun aybaay fəaliyyət göstərəcək. "Bu üsul vətəndaşlarımızı təhlükədə qoyur, lazımi vaxtda maliyyə vəsaiti tapmaqda çətinlik çəkəcəyik", - büdcə komissarı Kristalina Georgieva deyib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib