SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
28 Noyabr 2014 | 10:55
Qoyun sürüsü ilə canavar hücumuna etiraz
A
A
print
Baxılıb: 1142

Canavar hücumlarına etiraz olaraq yüzlərlə qoyun Eyfel qülləsinin yaxınlığına gətirilib. Fermerlər mal-heyvanlarını qorumaq üçün hökumətdən tədbir görməyi tələb ediblər. "Deutsche Welle" xəbər verir.

Noyabrın 27-də artan canavar hücumlarına görə Parisdə fransız fermerləri 300-ə yaxın qoyunu Eyfel qülləsinin düz yanına aparıblar. "Qoyun saxlanan bölgələrin canavarlardan təmizlənməsini tələb edirik, bu, işimizə mane olur", - Fransa Qoyunçuluq Təşkilatının (FNO) baş katibi Mişel Buduan deyib.

Hücumlar artıb

Bu ilin avqustunda son statistikaya görə, canavarlar 4800 dəfə qoyunlara hücum ediblər. Hücumların sayı ötən ilkindən 1000 dəfə çox olub. 2014-cü ilin sonunadək 8000 hücum gözlənilir. "Canavarların qoyunu yeməsində təbii heç nə yoxdur. Fermalarımıza hücum edən canavarlara qarşıyıq", - Fransanın mərkəzi Overn regionundakı qoyunçuluq fermerləri təşkilatının rəhbəri Claude Font bildirib.

Fransa paytaxtının ən görkəmli yerinə gətirilən qoyunlar otlayıb mələməkdən başqa bir iş görməyiblər. "Bu gün fermer -  sabah işsiz", - "Champ de Mars" parkında canavar kimi geyinib qoyunları aparan etirazçının əlindəki şüarda belə yazılıb. Nümayişdən sonra noyabrın 27-də etirazçılar kənd təsərrüfatı naziri Stefan Le Foll ilə görüşəcəkdilər. Güman  ki, elə qoyunları da özləri ilə aparıblar.

Hökumət canavarları çox qoruyur

1930-cu illərdə demək olar ki, nəsilləri kəsilənədək ovlanmış canavarlar 1990-cı illərdə geri qayıdıblar. Bu gün 300-ə yaxın canavar Fransa hökumətinin nəzarətindədir. Qoyunçuluqla məşğul olan fermerlər bundan qəzəblənərək bildiriblər ki, hökumət canavarları "həddən çox" qoruyur.

2014-15-ci illərdə Fransa hökuməti 24 canavarın diri ovlanmasına göstəriş vermişdi. Fermerlər isə istəyirlər ki, qoyunlara hücum edən kimi canavarı öldürmək üçün onlara ixtiyar verilsin, yaxud canavarı öldürmək üçün kvota ya artırılsın, ya da birdəfəlik ləğv edilsin.

Fransanın ekologiya naziri Seqolen Ruayal iyunda canavarların hücumunun tez-tez təkrarlandığını bildirib. "Çobanlara həddindən çox ziyan dəyib. Fermerlər və onların ailələrinin probleminə ciddi diqqət yetirilməlidir", - o deyib. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib