SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
02 Dekabr 2014 | 12:35
Avrozonanın büdcə planı müzakirə edildi
A
A
print
Baxılıb: 838

Üzv ölkələrdə iqtisadi islahatlara nəzarət və lazım gələrsə, düzəliş tələb etmək üçün Aİ Komissiyasına geniş səlahiyyətlər verilib. Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Pyer Moskovisinin dekabrın 2-də parlamentarilərlə görüşündə Komissiya artıq bu səlahiyyətlərdən istifadə edəcək. Moskovisi Aİ Komissiyasının avrozona ölkələrinin 2015-ci il üzrə büdcə planlarına mövqeyini bildirəcək.

İqtisadi məsələlər üzrə komitənin toplantısında parlamentarilər Aİ Komissiyasının avrozona ölkələrinin öz büdcə balansı və borclarını nəzarətdə saxlamasını necə qiymətləndirdiyini müzakirə edəcəklər. Son illərdə büdcə defisiti artıb, lakin 2014-cü ildə avrozona üzrə büdcə defisitinin orta hesabla 2,6% olacağı proqnozlaşdırılır. Bu isə Aİ-nin müəyyənləşdirdiyi 3%-lik həddə yaxındır. Əksər ölkələrdə defisitin çoxluğu və zəif inkişafa görə borcun ÜDM-yə nisbəti artıb.

2013-cü ildə Aİ hökumətləri və Avropa parlamentinin iqtisadiyyatın tənzimlənməsi ilə bağlı "2-paket" qaydasına görə, avrozona ölkələri növbəti il üçün büdcə layihəsini oktyabrın 15-dək açıqlamalıdırlar. Bundan sonra Aİ Komissiyası rəy verməli, lazım gəldikdə düzəlişlər təklif etməli, bu isə sonda Aİ Şurası hökumətləri tərəfindən təsdiqlənməlidir.

Moskovisi dekabrın 2-si səhər iqtisadi məsələlər və işsizlik komitəsindən həmkarları Valdis Dombrovskis və Marian Tissen ilə birgə toplantı keçirəcək. Onlar Aİ-nn Aİ komissiyasının “illik inkişafın təsviri”ndə müəyyənləşdirilmiş ümumi iqtisadi prioritetlərini və makroiqtisadi disbalansı (“xəbərdarlıq mexanizmi hesabatı”nda adlandırıldığı kimi) müzakirə edəcəklər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib