SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
09 Dekabr 2014 | 10:39
Aİ Parlamenti və Şurası büdcə ilə bağlı razılığa gəldi
A
A
print
Baxılıb: 789

Dekabrın 8-də Aİ Parlamenti və Şurası İttifaqın 2015-ci il büdcəsi və cari il üzrə ən vacib ödənişlərin həyata keçirilməsi üçün ilkin razılığa gəliblər. Bu razılıq daha sonra Parlamentin bütün üzvləri və Şura tərəfindən tam təsdiqlənəcək. Qeyd edək ki, parlamentarilər 2014-2015-ci illər üzrə Aİ büdcəsinə ödənişlər üçün əlavə 4,8 milyard ayırıblar. Bundan əlavə, 2015-ci ildə büdcə öhdəliyi üçün 145,3 milyard avro, Aİ büdcəsinə ödənişlər üçün isə 141,2 milyard avro ayrılacaq. Bu barədə Avropa Parlamentinin rəsmi vebsaytında məlumat verilir.

Aİ büdcəsinə ödənişlər

"Parlamentin əsas marağı indiyədək yığılıb qalmış Aİ büdcəsinə ödənişlərin azaldılmasıdır. Büdcəsi tükənmiş ölkələrin əziyyət çəkdiyi, etibarlı əməkdaş kimi Aİ-yə inamın azaldığı bir vaxtda bu pulları ilbəil üst-üstə yığıb saxlamaq olmaz. Üzv ölkələrin problemi olduğunu başa düşürük, lakin onlar Aİ büdcəsinə pul ödəmək üçün müqaviləyə özləri qol çəkiblər. Aİ büdcəsinə ödənişlər həmçinin onların borcunun bir hissəsidir", - büdcə komitəsinin sədri Jan Artyus deyib (ALDE, Fransa).

2010-cu ildə Aİ büdcəsinə ödəniləcək 5 milyard avro bu ilin əvvəlinə 23,4 milyard avroya çatıb. Parlament əlavə pulu ayırmasa, bu borc artaraq büdcəyə ziyan vura bilər.

Yığılan ödənişləri azaltmaq üçün plan

"Aİ Komissiyası üzv ölkələrin hesablamalarına əsasən, əlavə 4,8 milyard avro istədi, biz də razılaşdıq. Buna baxmayaraq, Aİ Komissiyasının yığılıb qalan ödənişləri 2016-cı ilədək nə cür azaldacağını biz bilməliyik", - Aİ büdcəsinə 2014-cü il ödənişlərini tamamlamaq üçün danışıqlar aparan Jerar Deprez (ALDE, Belçika) bildirib.

Parlamentarilər 2015-ci il büdcəsinə bir şərtlə razılaşdılar ki, Aİ Komissiyası 2016-cı ilədək Aİ büdcəsinə ödənişləri yolverilən səviyyəyə çatdırsın.

İnkişaf üçün pul artırıldı

"Xırda və orta sahibkarlar, yerli icmalar və qeyri-hökumət təşkilatlarına düşən ağırlığı azaltmaq üçün mühüm miqdarda pul ayırdıq. Hərçənd bu bizim istədiyimizdən də çox oldu. Aİ büdcəsi Aİ-nin ÜDM-nin 1%-i həcmində olsa da, çalışmaq lazımdır ki, digər investorları da cəlb etmək mümkün olsun", - 2015-ci il büdcəsi üzrə əsas məruzəçi Eyder Gardiazabal Rubial (S&D, İspaniya) bildirib.

Parlament Aİ-nin "Horizon" tədqiqat və inkişaf proqramına 45 milyon avro, "Erasmus+" tələbə mübadiləsi proqramına isə 16 milyon avro pul ayrılması üçün razılığa gəlib. Xarici siyasət üçün büdcə 32 milyon avro artırılıb. Bank nəzarət xidmətləri və "Frontex" sərhəd agentliyi üçün də büdcə artırılıb.

Qısa arayış

Aİ-nin 2015-ci il büdcəsində 2014-cü illə müqayisədə layihələrə 1% əlavə pul ayrılacaq. Ayrılan pulun 94%-i üzv ölkələrdə xərclənəcək, bunun cəmi 6%-i Aİ-nin payına düşəcək. Büdcə layihəsini Aİ Komissiyası təqdim edib, Aİ Şurası və Parlament isə buna düzəlişlər edib.

Növbəti addım

Parlament və büdcə komitəsi büdcə layihəsini dekabrın 15-18-də parlamentin sonuncu plenar sessiyasında təsdiqləyəcəklər. Sonda Aİ Şurası layihənin mətnini təsdiqləyərək büdcə danışıqlarına yekun vuracaq.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib