SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
11 Dekabr 2014 | 11:37
Fransada iqtisadi islahatlara etirazlar başladı
A
A
print
Baxılıb: 786

Fransada vəkil, notarius və məhkəmə icraçıları onların vəzifələrini asanlıqla tutmağa imkan verən yeni islahatlara qarşı çıxıblar. Bazar günü iş vaxtının artırılması təklifinə də etiraz edilib. Bu barədə “Deutsche Welle” xəbər verir.

Fransa baş naziri Manuel Vals mağazaların açıq olması üçün bazar günlərinin sayının artırılacağını bildirib. Valsın təqdim etdiyi yeni islahatlara görə, rəqabəti artırmaq üçün qanunla tənzimlənən sektorlarda vəzifə tutmaq asan olacaq. Vals Fransanın ləng iqtisadiyyatını sürətləndirmək və işsizliyin 10,4%-lik rekord səviyyəsini azaltmaq üçün bir sıra islahatlar təqdim edib. Dekabrın 10-da Parisdə hökumətin bu addımına qarşı nümayiş keçirilib.

Rəqabət artırılır

"İnkişaf və fəallıq qanunu" kimi təqdim olunan “Macron” qanununa görə, notarius və məhkəmə icraçısı kimi dövlət vəzifələrini tutmaq üçün vəzifə tələbləri yüngülləşdiriləcək. Qanunun məqsədi rəqabəti artırmaq, bu cür qrupların mövcud monopoliyaya sahib olduğu yerlərdə xidmətləri ucuzlaşdırmaqdır. Nümayişdə Fransa vəkilləri, notariuslar və məhkəmə icraçıları əllərində Fransa mülki məcəlləsini və 20 sentyabr, 1920-ci il "Valmi müharibəsinin" təsvir olunduğu şüarları tutublar.

Bazar günü işləməyə yox!

İslahatlara görə, ticarət mərkəzlərində alış-veriş aparılan bazar günlərinin sayı artırılacaq. Bu hətta prezident Fransua Ollandın hakim Sosialist Partiyasının üzvlərinin də narazılığına səbəb olub. Hazırda fransız satış məntəqələri ildə 5 bazar günü açıq ola bilər. “Macron” qanununa görə, bunun sayı 12-yə çatdırılacaq. “Beynəlxalq turist zonaları”nda yerləşən mağazalar gecəyarısınadək və ilboyu bazar günləri açıq olacaq. “Milyonlarla çinlinin paytaxta gəlib, sonra bazarlıq üçün Londona getməsi bizə lazımdırmı?”, - Valls bu yaxınlarda bildirib.
Dekabrın 10-da Vals hakim Sosialist Partiyasının təqdim etdiyi plana etirazdan xəbəri olduğunu bildirib. O deyib ki, yeni islahatlar ictimai həyatdakılardan çox Fransa seçiciləri arasında daha çox yayılıb. “Hər kəs anlamalıdır ki, işə yaramayan, iqtisadiyyatımıza və işsizliyin səviyyəsinə mənfi təsir göstərən hər şey, hətta şəxsi maraq və monopoliya vərdişləri belə dəyişməlidir”, - Vals bildirib.

Avropa narahatdır

Büdcə defisitinə görə Fransanın geriləyən iqtisadiyyatı Avropanı narahat edir. Ölkənin büdcə defisitinin 2017-ci ilə dək 3%-dən yuxarı olacağı gözlənilir. Fransada iqtisadi artım 2 rüb yerində sayıb, 3-cü rübdə isə 0,3% irəliləyib. Olland canlı televiziya yayımında bildirib ki, 2017-ci ilədək işsizliyi azalda bilməsə, bir də namizədliyini verməyəcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib