SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
12 Dekabr 2014 | 10:43
Moskovisi Gürcüstana yardım üçün anlaşma memorandumu imzalayıb
A
A
print
Baxılıb: 836

Gürcüstan Avropa İttifaqının davamlı dəstəyinə etibar edə bilər. Aİ-nin iqtisadiyyat, maliyyə, vergi qoyma və gömrük məsələləri üzrə komissarı Pyer Moskovisi Gürcüstana 46 milyon avroluq makro-maliyyə yardımı (MFA) üçün anlaşma memorandumu imzalayıb. Yardım 2015-ci ildə 2 bərabər hissədə həyata keçiriləcək. Proqramın məqsədi Gürcüstanın büdcə balansını və mövqeyini, iqtisadi idarəetmə və sosial fəallığı, eləcə də Aİ ilə sıx iqtisadi inteqrasiyasını inkişaf etdirməkdir. Avropa Parlamentinin rəsmi vebsaytında xəbər verilir.

"Aİ Gürcüstanın iqtisadi islahatlar gündəliyini dəstəkləməklə yanaşı, ölkədə maliyyə gərginliyinin azalmasına kömək edir. Biz Gürcüstanın inkişafyönümlü islahatların icrası ilə yanaşı, makro-iqtisadi sabitliyi qorumasını və Aİ ilə yaxın iqtisadi inteqrasiyasını dəstəkləyirik", - Moskovisi deyib.

Yardımın ayrılması anlaşma memorandumunda qeyd olunmuş tədbirlərin və BVF (Beybəlxalq Valyuta Fondu) idarə heyətinin 2014-cü il iyulun 30-da təsdiqlədiyi BVF ehtiyat müqavilələrin müvəffəqiyyətli icrasından asılı olacaq. İslahatlar dövlət büdcəsinin idarəolunması, sosial təhlükəsizlik şəbəkəsinin möhkəmləndirilməsi, Aİ ilə dərin və müfəssəl azad ticarət zonaları müqavilələrinin icrası məqsədilə bank tənzimləmələrinin, ticarət və monopoliya siyasətinin təkmilləşdirilməsinə yönəlib. Növbəti addımda Gürcüstan parlamenti anlaşma memorandumunu və istiqraz müqavilələrini ratifikasiya edəcək.

Qısa arayış

Makro-maliyyə yardımı (MFA) Aİ-nin qonşuluğunda büdcə balansında ciddi problem olan tərəfdaş ölkələr üçün müstəsna böhran proqramıdır. Həmçinun BVF-nin yardımlarına əlavədir. MFA istiqrazları Aİ-nin investisiya bazarlarından götürdüyü borclarla təmin olunur. Aİ götürdüyü kreditləri demək olar ki, oxşar şərtlərlə digər benefisiar ölkələrə ötürür.

İndiki MFA proqramı 2008-ci ilin oktyabrında Rusiya ilə hərbi münaqişədən sonra Brüsseldə beynəlxalq donorlar konfrasında təklif olunan 2 yardımın ikincisidir. 2013-cü il avqustun 12-də Avropa Parlamenti və Aİ Nazirlər Şurası bunu təsdiqləyiblər. Əvvəlki 46 milyon avroluq MFA proqramı 2009-2010-cu illərdə uğurla həyata keçirilib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib