SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
25 Dekabr 2014 | 13:26
Fransada 75%-lik “super vergiyə” son qoyuldu
A
A
print
Baxılıb: 925

Fransa ayın sonunda vaxtı başa çatan 75%-lik əlavə gəlir vergisinə əlvida deyir. Gələn ildən bu vergi tətbiq olunmayacaq. 2012-ci ildə Fransanın vergi yükü dünya üzrə ən yüksək həddə çatmışdı. Ona görə də prezident Fransua Olland 1 milyon avrodan artıq gəlirə 75% əlavə vergi tətbiq etmişdi.

Bu, çox da geniş yayılmış bir addım deyil. Aktyor Jerar Depardyö vergi az olduğuna görə vətəndaşlıq üçün Rusiyaya gedən zəngin etirazçılardan biri idi. Bəziləri isə Lüksemburqa, yaxud Britaniyaya üz tutdular. Vergi hüquqşünası Jan-Filip Delsol bu təcrübə ilə bağlı "Mən nə üçün Fransadan çıxıb getməliyəm?" adlı kitab yazıb. Fransanın futbol klubları isə tətil keçirəcəkləri ilə bağlı xəbərdarlıq etmişdilər.

2 ildən sonra bu ayın sonunda sözügedən verginin vaxtı başa çatır. Ölkədən xaricə heç bir kütləvi immiqrasiya olmadı. Bu tədbir Fransada pul qazananları xeyli ziyana saldı, cüzi miqdarda birbaşa vergi toplandı.

2012-ci il seçki kampaniyasında Olland solyönümlüləri özünə tərəf çəkmək və mühafizəkar rəqibi Nikola Sarkozini sıxışdırmaq üçün 1 milyon avrodan çox qazananlara 75% əlavə vergi tətbiq etdi. Bu isə Fransanın büdcə defisitini Aİ-nin müəyyənləşdirdiyi həddə çatdırmağa çox az kömək etdi. Halbuki, Olland daha biznesyönümlü mühit yaradacağını bildirirdi.

“Reuters” agentliyi yazır ki, Fransanın Maliyyə Nazirliyinin statistikasına görə, bu vergidən 1-ci ildə 260 milyon avro, 2-ci ildə 160 milyon avro əldə olunub. Bu məbləğ nəzərdə tutulandan kifayət qədər yaxşı nəticədir, lakin oktyabrın sonunadək 84,7 milyard avroya çatan büdcə defisiti ilə müqayisədə gözə görünmür.

Qeyd edək ki, verginin mənfəət sahiblərinin özlərinin ödəyəcəyi versiyanı konstitusiya məhkəməsi rədd etmişdi. Yekun versiyada şirkətlərin birbaşa vergi ödəməsi ilə bağlı razılıq əldə olunmuşdu.

Olland və hökuməti o vaxtdan bəri vergi və digər mənbələrdən gələn 40 milyard avroluq gəlirlə biznesi canlandırmağa çalışırlar. İşsizliyin 10%-dən yuxarı olduğu nasaz Fransa iqtisadiyyatının investisiyaya ehtiyacı var.

Təsadüfi deyil ki, “super vergi”nin təkrarlanmayacağını təsdiqləmək üçün baş nazir Manuel Vals Olland kabinetinin əsas islahatçısı Makronla birgə oktyabrda Londona yollanmışdılar. Ollandın britaniyalı həmkarı Devid Kemeron Fransanın vergidən qaçan mühacirləri ilə bağlı demişdi ki, “onları şahlara layiq təmtəraqla qarşılayın”.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib