SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
İqtisadiyyat
Aİ-də iqtisadi artım müşahidə olunur 26 FEVRAL 2014 | 12:34
Avropa Komissiyası bildirib ki, Avropa İttifaqında (Aİ) iqtisadi bərpa impuls qazanır. 2014-2015-ci illərin iqtisadi artımı barədəki proqnozlar nisbətən yüksəkdir.
Növbəti 5 il ərzində dünyanın böyük iqtisadiyyatları qlobal iqtisadiyyatın 2 trilyon dollar artmasını qarşıya hədəf qoyublar. Böhran dövrünün ciddi iqtisadi tədbirlərinin ardınca bu nikbinliyə bir işarədir.
“Moody” beynəlxalq reytinq agentliyi İspaniyanın kredit reytinqini bir pillə qaldırıb. Avrozonanın yüksək səviyyəli borc böhranından sonra İspaniyanın reytinqi Baa3 səviyyəsindən Baa2-yə qalxıb.
Danimarkanın baş naziri: “Ölkə avroya qoşulmalıdır”21/02 17:59
“Danimarka avrozonaya qoşulmalıdır. Çünki bu, kiçik Skandinaviya ölkəsinin xeyrinədir”, - Danimarkanın baş naziri Helle Torninq-Şmitt (Helle Thorning-Schmidt) müsahibəsində bildirib.
İsveçrədə sakinlərin bank hesabları hökumətə açıldı 21/02 12:18
"İsveçrə bank müştərilərinin məlumatlarını xarici vergi orqanları ilə nəzərdə tutulandan daha tez paylaşmaq üçün mövqe tutmalıdır və bunu bütün ölkələr təcrübəni tanıyana qədər ləngitməməlidir", – maliyyə naziri İsveçrə qəzetlərindən birinə müsahibəsində deyib.
Aİ çirki pulların yuyulmasına qarşı20/02 14:37
Fevralın 20-də iqtisadi və vətəndaş azadlıqları komitələri çirkli pullarla mübarizə qaydalarının sərtləşdirilməsi üçün səs verəcəklər. Şirkət sahiblərindən özləri barədə daha dəqiq informasiya vermələri tələb ediləcək.
"Troyka" Yunanıstana qayıdır19/02 16:43
“Bu həftə beynəlxalq kreditorlar ölkənin gələcəkdə borclardan xilası üçün önəmli rol oynayan islahatlar barədə Yunanıstanın nə qədər irəlilədiyini yoxlamaq üçün buraya gələcəklər”, - Avrozona Maliyyə Nazirləri Şurasının Sədri Yerun Deysselblum (Jeroen Dijsselbloem) fevralın 17-də bildirib.
Litvalılar əcnəbilərə torpaq satmaq istəmirlər18/02 17:11
Fevralın 17-də rəsmilər Litvada əcnəbilərə torpaq satışına qoyulan qadağanı qüvvədə saxlamaq üçün referendum keçiriləcəyini bildiriblər.
İçməli su ilə bağlı təşəbbüsə 2 milyona yaxın avropalı imza atıb18/02 12:26
“Bu, Avropa vətəndaşlarının indiki mərhələyə qədər gəlib çatan ilk birgə təşəbbüsüdür”, - Avropa Komissiyası bildirib.
Avrozonada ÜDM-nin artımı sürətlənir15/02 15:03
Avrozona iqtisadiyyatı 2013-cü ilin son 3 ayında əvvəlki rübün 0,1 faiz göstəricisini keçərək, 0,3 faiz artıb. 18 aylıq iqtisadi böhranın - vahid valyuta zonasına təsir edən ən uzun iqtisadi geriləmə dövrünün sona çatmasından sonra bu, üçüncü rüb artımıdır.
“Troyka” hesabatının qeyri-adi mənbəyi14/02 19:36
“Troyka” (Troika) yardım layihəsinin hədəf ölkələrə təsiri haqda hesabat hazırlamalı olan avroparlamentari Alexandro Serkas (Alejandro Cercas) qeyri-adi üsula əl atıb.
Azərbaycan Ukraynaya maddi yardım göstərəcək13/02 09:42
Azərbaycan Beynəlxalq Valyuta Fondunun Ukraynaya maddi dəstək layihəsi çərçivəsində 1 milyard ABŞ dolları miqradında yardım göstərməyə hazırdır.
Avrozonada banklar bağlana bilər12/02 15:35
"Bəzi avrozona kreditorlarının gələcəyi yoxdur, yoxlamalardan uğursuz keçən banklar aradan çıxmalıdır", - bank nəzarətinə sərt yanaşmanı bir daha vurğulayan Avropa İttifaqının yeni bank nəzarətçisi bildirib.
GMO qarğıdalısının Avropaya yolu açıldı12/02 13:45
Avropa İttifaqı nazirləri fevralın 11-də ABŞ-ın “DuPont Pioner” şirkətinin genetik cəhətdən modifikasiya olunmuş orqanizm (GMO) “TC1507” qarğıdalılarının idxalına razılıq veriblər. Bunun əleyhdarları kifayət qədər səs toplamayıblar.
İsveçrə referendumundan sonra: Bank məxfiliyi bərpa edilə bilər11/02 14:33
İsveçrədə bazar günü keçirilən referendumun nəticəsi Aİ-ni heyrətləndirib. Siyasətçilərin çoxu həyəcan və bir qədər də hiddətlə reaksiya veriblər.
Fransa İran bazarını gözdən keçirir10/02 18:10
"İRNA" agentliyinin bazar ertəsi yaydığı məlumata görə, Fransa nümayəndə heyəti biznes imkanlarını araşdırmaq üçün İrana gəlib. Tehran Qərbin sanksiyalarının qismən yüngülləşdirilməsinin müqabilində iqtisadiyyatının qapılarını beynəlxalq aləmə açır.
“Airbus” satışları uğurlu ildən sonra geriləyib07/02 20:42
“Airbus” aylıq satışlarda azalmalar olduğunu bəyan edib. Avropa aeronavtika nəhəngi bunun bəzi A320-lərin sifarişinin ləğvi ilə əlaqələndirib.
“Mersedes” yeni rekorda imza atdı06/02 18:25
“Mercedes” 2013-cü ildə rekord sayda – 1,57 milyon ədəd maşın satıb. Şirkətlər qrupu buna yeni və geniş çeşidli modellərin hesabına nail olub. Artıq onun illik artımı 8 faizlə hesablanır.
Yunanıstanın “xilası” 10-20 milyard avroya başa gələ bilər04/02 09:27
“Der Spiegel” qəzetinə Almaniyanın Maliyyə nazirinin sənədlərindən sızan xəbərə görə, nazir Yunanıstanın üçüncü dəfə "xilas olması" üçün yeni təkliflər paketi hazırlayır. Yardım proqramının 10-20 milyard avro həcmində olduğu bildirilir.
Müstəqil Şotlandiya dünyanın ən varlı ölkəsi ola bilər03/02 14:59
“The İndependent” qəzetinin bloq yazarı Dominik Frizbi (Dominic Frisby) hesab edir ki, Şotlandiya müstəqil olarsa, dünyanın əksər inkişaf etmiş ölkələrindən daha varlı ola bilər. Onun fikrincə, ölkədə bunun üçün hər cür şərait var.
 əvvəlki    4  5  6  7  8  9  10  11  12  13  14    növbəti 
Top xəbərlər
Bloq
Fransa-Rusiya: hərbi gəmilərin taleyi necə olsun?
Fransa bir tərəfdən müqavilə öhdəlikləri, digər tərəfdən də qərbli müttəfiqlərinin tələbləri arasında çıxılmaz vəziyyətdə qalıb. Söhbət 1.6 milyard dollarlıq sifarişdən, 1000 iş yerindən və beynəlxalq etibardan gedir.
Arxiv