SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
14 May 2014 | 12:54
Kiyev milli birlik üçün "dəyirmi masa" keçirir
Photo: Reuters
A
A
print
Baxılıb: 411

"Deutsche Welle"nin məlumatına əsasən, Almaniyanın xarici işlər naziri Odessaya səfər edib. Ukrayna müvəqqəti hökuməti bildirib ki, yalnız "qanuni siyasi məqsədləri" olan və "əlləri qana batmamış" qruplar milli birlik danışıqlarına dəvət oluna bilərlər.

Ukraynanın müvəqqəti hökuməti mayın 13-də "milli birlik" üçün ilk dəyirmi masa keçirəcəyini elan edib. Hökumət Donetsk və Luqansk bölgələrinin liderlərinin danışıqlara dəvət olunmayacağını bildirib. Müvəqqəti hökumətin nümayəndələri Ukrayanaya səfər edən Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin (Frank-Walter Steinmeier) müraciətini nəzərə alıblar.

Ştaynmayer mayın 14-də baş tutacaq danışqlarda "ehtiyyatlı nikbinlik" göstərib. Kiyevə baş çəkəndən sonra o, mayın 2-də 48 nəfərin öldürüldüyü Odessaya gedib. Xatırladaq ki, sabiq prezident Viktor Yanukoviçin gedişindən bəri bu, Ukraynanın ən faciəli günü olub.

Ştaynmayer separatçıların yandırıldığı ticarət ittifaqının binası önünə əklil qoymaq istəyib. Lakin ona  bildirilib ki, bu, həyəcanı bir az da artıra bilər. "Biz insanların kədərlə dolu olduğunu və özbaşınalığın hökm sürdüyünü anlayırıq. Bu faciə Ukrayna hadisələrinin gedişini dəyişə bilər", -  Ştaynmayer deyib.

Almaniyanın Ukraynadakı diplomatik səyləri sırasında belə, mayın 13-də ölkənin şərqində vuruşmalar davam edib. Ukraynanın müdafiə naziri 6 hərbi qulluqçunun tələyə salınaraq öldürüldüyünü, 8 nəfərin isə Kramatorsk şəhəri kənarında xəsarət aldığını bildirib. Qeyd edək ki, mayın 12-də Donetsk vilayətində yerləşən Kramatorsk şəhərində separatçıların lideri Denis Puşilin Rusiya Federasiyasına qoşulmaq üçün müraciət etmişdi.

Rusiya müvəqqəti hökumətinin şərq separatçı liderləri dəvət etməməsini qınayıb. Müvəqqəti hökumət isə onların yeni milli hökuməti tanımaq istəmədikləri üçün bölgədə hakimiyyəti ələ keçirdiklərini bildirib. Prezidentliyə namizəd Yuliya Timoşenko da danışıqları tənqid edib. O, bildirib ki qərbdə yerləşən paytaxt Kiyev Ukrayna hadisələrindən çox uzaqdadır. "Paytaxt siyasi titrəyişlərin episentrindən 800 km uzaqdadır", - o deyib.

Danışıqlara veteran diplomatlar da dəvət olunub

Ştaynmayerin səfəri Avropada Sülh və Təhlükəsizlik Təşkilatının (ATƏT) Ukraynda vəziyyəti sabitləşdirmək planının tərkib hissəsidir. ATƏT Ukraynanın sabiq prezidentləri - Leonid Kravçuk və ya Leonid Kuçma ilə yanaşı, veteran diplomat Volfqanq İşingerin də danışıqlarda vasitəçilik etməsini təklif edib.

"Mayın 13-də Ştaynmayerlə danışan müvəqqəti hökumətin baş naziri Arseniy Yatsenyuk kimin vasitəçi seçilməsi haqqında dəqiq fikir söyləməyib. Bizim eks-prezidentlərimiz çoxdur. Ən yaxşısını seçmək lazımdır", - o deyib.

Əvvəllər peşəkar diplomat olan İşinger Almaniyada hər il keçirilən Münhen Təhlükəsizlik Konfransına rəhbərlik edir. O, Almaniyanın uzun müddət xarici işlər naziri olmuş Hans Ditrih Genşerin ən yaxın həmkarlarından biridir.

Qeyd edək ki, Ukrayna hal-hazırda mayın 25-də yeni prezidentini seçməyə hazırlaşır. Bütün vilayətlərin seçkilərdə iştirak edib-etməyəcəyi və ya bəzi qrupların seçkiyə mane olub-olmayacağı barədə fikir söyləmək çətindir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib