SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Elm və Təhsil
12 Avqust 2014 | 10:40
Prezident olmaq istəyən Kasparov məğlub oldu
foto: AFP
A
A
print
Baxılıb: 669

Sabiq dünya çempionu Harri Kasparov uzunmüddətli şahmat karyerasında yenidən məğlub olub. Avqustun 11-də Dünya Şahmat Federasiyası prezidentliyinə seçkilərdə İlyumjinovun yerinə keçmək istəyən Kasparov uğursuzluqla üzləşib. Norveçdə, Tromso şəhərində 61 səsə qarşı 110 səslə İlyumjinov qalib gəlib. Məlumatı "The New York Times" yayıb.

İlyumjinov Xəzər dənizi sahilində yerləşən yoxsul Kalmıkiya ölkəsindəndir. 1995-ci ildən Şahmat Federasiyasına rəhbərlik edir. Onun Səddam Hüseyn, general Müəmmər Qəddafi, Suriya prezidenti Bəşər Əsədlə dostluq münasibətləri olub. İlyumjinov yad planetdən gələnlər tərəfindən oğurlandığını, həmçinin şahmatın onlar tərəfindən icad edildiyini iddia edir.

Rusiyada yaşayan və Rusiyanı təmsil edən 51 yaşlı Kasparov 2005-ci ildən şahmatdan uzaqlaşıb. Kasparov həmişə İlyumjinovun prezidentliyinin korporativ yardımlara əngəl törətdiyini və qrup haqqında pis rəy formalaşdırdığını iddia edib.

"Rəqibimlə mənim aramda böyük fərq var: hesab edirəm ki, şahmat siyasətdən ayrı olmalıdır, o isə buna siyasi alət kimi baxır", - seçkidən sonra İlyumjinov öz nümayəndəsi vasitəsilə çatdırıb.

Uzun müddət Rusiya prezidenti Vladimir V. Putini tənqid edən Kasparov həmişə onun hakimiyyətdən getməsinə çalışıb. Bəziləri hesab edir ki, Kasparov öz baxışlarını daha açıq yaymaq üçün Federasiya prezidenti olmaq istəyir.

Bir çox ölkələrdə Rusiya səfirlikləri şahmat rəsmilərini İlyumjinovun namizədliyini dəstəkləməyə çağırıblar. Səfirliklər Çex Respublikası, İrlandiya, Yamayka, Keniya, Myanmar, Nigeriya, Norveç və Sinqapur rəsmilərinə müraciət ediblər.

Seçkilər avqustun 14-də sona çatacaq 2 ildən bir keçirilən şahmat olimpiadalarına təsadüf edib. İştirakçı ölkələr hərəyə 1 səs vermək hüququna malikdir.

Namizədlər dəstək üçün bütün Yer kürəsini dolaşıblar. Tərəflər bir-birlərini səs toplamaq üçün gizli sövdələşmələrdə və rüşvətxorluqda ittiham ediblər. Bu barədə internetdə yayılan məlumatlardan sonra ittihamlar kəskinləşib.

Belə müqavilədən biri Kasparovla Sinqapurun şahmat rəsmisi İqnatius Leonq arasında izmalanıb. İqnatius Şahmat Federasiyasının baş katibi və İlyumjinovun köməkçisi olub. Müqavilədə Kasparov öz namizədliyinin dəstəklənməsi qarşılığında öz təlim fondundan Leonqa 1 milyon ayırmağa razılaşıb.

Digər müqavilə İlyumjinovla şahmat tədbirlərinin təşkili üçün xüsusi səlahiyyəti olan "Agon" təşkilatının qurucusu Endryu Paulson arasında imzalanıb. Müqavilədə İlyumjinovun "Agon" təşkilatında 51%, Paulsonun isə 49% paya sahib olması nəzərdə tutulub. Hər 2 şəxs məlumatı təsdiqləsələr də, müqavilənin heç vaxt reallaşmadığını bildiriblər.

Kasparov öz kampaniyasında İlyumjinovu fedarasiyadakı vəzifəsindən sui-istifadə etməkdə günahlandırıb. İlyumjinov bəzi ölkələrdə Kasparovu dəstəkləyən şahmat rəsmilərinin yerinə öz adamlarını yerləşdirib. Kasparovun sözlərinə görə, Əfqanıstan və Qabonda belə hadisələr olub.

Bütün bunlara baxmayaraq, səsvermə 2010-cu il nəticələrinə azacıq da yaxınlaşmayıb. Həmin vaxt İlyumjinov Kasparovun həmişə əsas rəqibi olan və əvvəllər dünya çempionu olan Anatoli Karpovla mübarizə aparırdı. Həmin seçkidə Kasparov Karpovu dəstəkləsə də, İlyumjinov 55 səsə qarşı 95 səslə qalib gəlmişdi.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib